Milyon rublluq kommunist toyu;
Sovet İttifaqı haqqında indi əfsanələr dolaşır. Bəziləri and-aman edir ki, o vaxt hər şey əla idi. Rüşvətxorluq, korrupsiya kimi iyrənc əməllərin kökü kəsilmişdi. Sovet xalqları əl-ələ verib mehriban yaşayırdı. Ancaq tarixi həqiqətlər xeyli fərqlidir. Bu yazıda Sovet dönəminin həqiqi simasından söhbət açmağa, konkret bir şəxsin həyatı üzərində olub-keçənlərə nəzər salmağa çalışacağıq. Əlbəttə, yeri gəldikcə digər maraqlı nüansları da vurğulayacağıq.
Stalin: “Bu soyad mənim xoşuma gəlir”
Açıq ensiklopediya olan Vikipediyada SSRİ-nin tanınmış dövlət xadimi Andrey Qromıko haqqında xoş sözlər yazılıb. Qeyd olunub ki, 1909-cu ildə Belarusun Qomel vilayətində ucqar kənddə doğulan bu şəxs tam təsadüf nəticəsində SSRİ-nin siyasi elitasına yüksəlib.30-cu illərdə SSRİ Xalq Xarici İşlər Komissarlığında Stalin tərəfindən aparılan repressiya siyasəti kadırların axırına çıxır. Bu quruma yeni kadrların cəlb olunması məsələsi Molotova həvalə olunur. Molotov ciddi seçimlərdən sonra namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin siyahını nəzərdən keçirərkən Qromıkonun adı üzərində dayanıb: “Bu soyad mənim xoşuma gəlir”.
Andrey Qromıko 1939-cu ilin may ayında Xarici İşlər Komissarlığında Amerika ölkələri üzrə şöbənin müdiri vəzifəsinə təyinat alıb. O, qısa müddət ərzində öz işinin bilicisi kimi tanınıb, Kremlin etibar edəcəyi siyasətçi kimi dövlətin siyasi kursunun müəyyənləşdirilməsində əsas söz sahiblərindən birinə çevrilib. Stalinin təşəbbüsü ilə Vaşinqtona səfir təyin edilib, Amerika Birləşmiş Ştatları ilə çox da isti olmayan münasibətlərin yaxşılaşdırılması kimi vacib bir məsələ ona həvalə edilib.
28 il SSRİ-nin xarici işlər naziri oldu
İkinci dünya müharibəsi ərəfəsində Amerika ilə SSRİ arasında əsas körpü rolunu oynayan Qromıko bir çox əhəmiyyətli siyasi tədbirlərin, o cümlədən Yalta görüşünün təşkilatçılarından birdir. Andrey Qromıko 1957-ci ildə SSRİ-nin xarici işlər naziri təyin edilib. Bu təyinatın ömrü düz 28 il sürdü, 1985-ə kimi davam edib. O, 1985-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib.1983-1985-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi çalışıb.
Andrey Qromıko 1989-cu ildə 80 yaşına üç gün qalmış Moskva şəhərində vəfat edib. O, özünün vəsiyyəti, doğmalarının xahişi ilə Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.
Rüşvətxorun yekəsi
Hazırda Rusiya mətbuatında çap olunan memuarlar göstərir ki, bu parlaq siyasi xadim əslində beynəlxalq səviyyəli rüşvətxor olub: “O, və onun xanımı səfirliklərə və xarici ticarət təmsilçiliyinə təyin olunan hər kəsdən rüşvət alırdı. Qromıko bilirdi ki, Andropova onun bəd əməlləri haqqında hər şeyi məlumdur”.
Xatırladım ki, Yuri Vladimiroviç Andropov 1967-1982-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) sədri olub. 1982-1984-cüillərdə isə o, SSRİ-yə rəhbərlik edib...
Andrey Qromikonun rüşvətxor olması haqqında yazan isə Anatoli Çernyaevdir. O, 1970-ejnev 1986-cı illərdə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq məsələlər şöbəsinin sədr müavini olub. 1986-1991-ci illərdə isə SSRİ-nin sonuncu rəhbəri Mixail Sergeyeviç Qorbaçovun köməkçisi işləyib. O, öz gündəliyində maraqlı məqamlara toxunur...
Andrey Qromıkodan Leonid İliç Brejnevə qədər müxtəlif siyasi liderlər, onların müsbət və mənfi cəhətləri haqqında ilginc məlumatlar yer alıb. Oxucularımız üçün maraqlı ola biləcək hissələri sizlərlə bölüşəcyik.
Keyfiyyətsiz istehsal
1975-ci ilin dekabrında partiyanın XXV qurultayında Leonid İliç Brejnevin (1966-1982-ci illərdə SSRİ-nin rəhbəri olub) söyləyəcəyi nitq üzərində işləyirdik. Əlimizdə olan sənədlərdən məlum olurdu ki, SSRİ-də mövcud olan müəssisələrin istehsal etdiyi malların 95 faizinin keyfiyyəti çox aşağıdır. Nazirliklərin üçdə ikisi qarşıya qoyulan planı yerinə yetirə bilmir. Keyfiyyətsiz malları mağazalara satışa göndərirlər. Həmin mallara isə tələbat çox aşağıdır.
Korrupsiya və 1 milyon rublluq toy
Yadigar Sadıqovna Nəsrəddinovna özbək əsilli siyasi xadimdir. O, 1970-1974-cü illərdə SSRİ Millətlər Şurasının rəhbəri olub. Bağ, mənzil, şuba, maşın kimi işlərə baş vurub, hətta Özbəkistanda olmuş “Pambıq Məsələsi”ndə də onun adı hallanıb. Bu xanım öz qızına 1 milyon rubl dəyərində toy edib. Qeyd edək ki, o vaxt aylıq maaş heç 200 rubl deyildi. Bu xanım Sovet dönəmində “Brejnevin adamı” kimi tanınırdı. Uzun müddət yüksək vəzifələrdə çalışıb. Partiyadan qovulsa da, yenidən bərpa oluna bilib...
İspan və Yuqaslaviya kommunistləri SSRİ-ni tənqid edirdi
Moskvanın bütün cəhdlərinə baxmayaraq, İspan və Yuqaslav kommunistlər SSRİ rəhbərliyini açıq və sərt şəkildə tənqi edirdi. Onlar deyirdi ki, SSRİ-də siyasi məhbuslar var. Onlarla pis davranırlar. SSRİ-də mətbuat azadlığı da yoxdur. SSRİ rəhbərliyi onlara deyirdi ki, nə edirsiz edin, biz sizin daxili işlərinizə qarışmırıq. Ancaq bizi söyməyin. Sosialist həmrəyliyini pozmayın...
Brejnevin 15 illik köynəyi
Leonid İliç gecələri pis yatırdı. Hər səhər yuxusuzluqdan şikayətlənirdi. Bir dəfə o, bizə belə dedi: “Yerimdən durdum. Xalatı geyindim. Dedim, nə bilmək olar, birdən həkim xanım içəri girər... Sonra şkafdan 15 il geydiyim köynəyi çıxardım. Onun bir tərəfində çırıq vardı. Gərək ona səliqəli şəkildə yamaq vursunlar”. Başqa bir söhbətində isə əyinə geydiyi gördəkcədən söhbət açır: “Bu gödəkcəni 15 il əvvəl almışdım. Sonra evdə it-bata düşmüşdü. Bu gün təsadüfən qabağıma çıxdı. Götürüb geyindim...”
Saat və silah hobbisi
Brejnev saat və silahı çox sevirdi. Elektronika naziri Şokin ona bir saat bağışlamışdı. Brejnev o əcaib saatı hər kəsə göstərirdi və uzun-uzadı izah edirdi ki, saat hansı prinsiplər əsasında işləyir...
“Qorxma, səninlə zarafat edirəm”
Leonid İliç bizə deyirdi ki, tələbə olanda aktyorluq etməklə bir az pul qazanıb. Onda aktyorluq keyfiyyəti də vardı. Bir dəfə Leonid İliç qəfildən əlindəki tapançanı Arbatovun qarnına dirədi. O, dəhşətli dərəcədə qorxdu. Onda SSRİ-nin rəhbəri dedi: “Qorxma, akademik, səninlə zarafat edirəm”.
“8 atəş, 8 donuz hazırdır”
Bəzən etdiyi ovlar haqqında da elə maraqla danışırdı ki: “Yüksəklikdə özümüzə yer etdik. Bir neçə saat gözlədik. Ov gözə dəymirdi. Birdən bir sürü vəhşi donuz göründü. İlk atəşi açdım, birinci yerə sərildi. İkinci atəş, o da yerə düşdü. Üçüncü, dördüncü. Düz 8 atəş və 8 donuz ovlandı...”
KQB-nin yüksək çinli zabiti mənə dedi ki...
Vasili Ramanoviç Sintinkov KQB-də yüksək vəzifə tutan yüksək ranqlı zabit idi. O, mənə dedi ki, Andrey Qromıko və onun xanımı səfirliklərə və xarici ticarət təmsilçiliyinə təyin olunan hər kəsdən rüşvət alır. Qromıko bilirdi ki, Andropova onun bəd əməlləri haqqında hər şeyi məlumdur. O, beynəlxalq səviyyəli oğrudur”. Yuri Andropov SSRİ-nin rəhbəri olduqda Andrey Qromiko özünü çox ehtiyatlı apardı. Tezliklə Andropov vəfat etdi. Onun yerinə Çebrikov keçdi. O da Qromıko ilə bağlı həqiqətləri bilirdi. Ancaq Qromiko vəziyyətdən çıxa bildi. O, hiss etdi ki, tezliklə Mixail Qorbaçov SSRİ-nin rəhbəri olacaq. Özünü onun xeyirxahı və “xaç atası” kimi aparmağa başladı və bu gediş ona uğur gətirdi.
1 milyon dollarlıq müsahibə...
1991-ci il. Dekabrın 28-də Mixail Qorbaçov Yaponiya Televiziyasına müsahibə verdi. O vaxt Boris Yeltsin artıq Mixail Qorbaçovun kabinetində kef edirdi. 1992-1999-cu illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuş Yeltsin artıq Mixail Qorbaçovun kabinetin ələ keçirmişdi...

Elbəyi Həsənli