Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasında verilənlərin sanitarizasiyasının (VS) rolu araşdırılır.
Bu barədə Tehsil-press.az-a institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva məlumat verib. Bildirib ki, verilənlərin sanitarizasiyasının mahiyyəti həssas, fərdi, məxfi, tövsiyə olunmayan və digər bu kimi məlumatların geniş ictimaiyyətə çatdırılmasının qarşısını almaqdan və ya bununla bağlı müəyyən məhdudiyyətlər tətbiq etməkdən ibarətdir. Sanitarizasiya sənəd daxilində olan həssas məlumatları təmizləyir, zərərli kontentin qarşısını alır, məlumatların konfidensiallığını təmin edir, eləcə də yaddaş qurğularının təmizlənməsini həyata keçirir. VS-nin disklərin, qeydiyyatın, faylların, USB-nin, qovluqların sanitarizasiyası kateqoriyaları mövcuddur. Bu termin, həmçinin verilənlərin silinməsi və təmizlənməsi üsulu kimi izah olunur.
VS-nin icra alqoritmləri haqqında məlumat verən müsahibimiz onların iş prinsipinin eyni olduğunu, lakin keçidlərin təsvirində və sayında fərqlərin mövcud olduğunu qeyd edib. Əldə olunan nəticələrdən danışan S.Ocaqverdiyeva VS metodlarını tətbiq etməklə uşaqları internetdəki qanunazidd və təhlükəli informasiyadan qorumaq üçün müxtəlif mexanizmlərin hazırlanmasının vacibliyini vurğulayıb.
Tehsil-press.az