Biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq. Təəssüf ki, bəzən müəllim adını daşıyan bəzi şəxslər də bu tipli proseslərdə iştirak edirlər.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi üzərinə düşən missiyanın səmərəliliyini təmin etmək üçün proses iştirakçıları ilə sağlam əlaqə yaratmağı vacib sayır: "Bu prosesdə müəllimlərin də müstəsna rolu var. Hesab edirik ki, prosedurların şagird və valideynlərə izah olunmasında, nəticələrin düzgün təqdim olunmasında, uşaqların zəif və güclü cəhətlərinin müəyyən olunmasında müəllimlərin yaxından iştirakı vacibdir".
M.Abbaszadə qeyd edib ki, builki imtahan kampaniyası ərzində DİM-ə 2 417 yazılı müraciət daxil olub. Bu da iştirakçıların sayının 0.3 faizini təşkil edir. "Biz öz işimizlə əlaqədar ictimaiyyətdən şikayətlər alırıq. Ancaq biz o şikayətləri əks əlaqə kimi qəbul edirik. Bu cür əks əlaqələr prosesin daha da təkmilləşməsinə kömək edir. Lakin onu da qeyd edim ki, biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq. Təəssüf ki, bəzən müəllim adını daşıyan bəzi şəxslər də bu tipli proseslərdə iştirak edir. Təbii ki, biz bu cür halların qarşısını alırıq və belə əməllərə hüquqi qiymət verilməsini təmin edirik".

DİM-in Mətbuat Xidməti