
Son zamanların aktual mövzusu isə laparoskopik əməliyyatların üstünlüklərindən ibarətdir.
DİN Hospitalının cərrahiyyə şöbəsinin rəisi Dr. Eminov Vüsalın məlumatına görə, bu əməliyyat növü açıq əməliyyatlardan fərqli olaraq, qarın üzərində 3-5 xırda dəlik açılmaqla həyata keçirilir. Öd daşı, yırtıqlar, appendisit, mədə kiçiltmə əməliyyatı, bir sira ginekoloji əməliyyatlar laparoskop üsulla aparılır. Laparoskop əməliyyatın digər müsbət tərəfləri sağalma müddətinin adi əməliyyatdan 4-5 dəfə qısa olması, yüngül keçirilməsi, kosmetik effekti, xəstələrdə həyat keyfiyyətinin və psixo-emosional durumun daha yüksək olması və.s-dir.
Qeyd edək ki, müasir cərrahiyyədə laparoskopik üsulla həyata keçirilən əməliyyatlar günü-gündən təkmilləşərək bəzi patologiyalar üçün qızıl standarta çevrilib.
Tehsil-press.az