Oktyabrın 18-də Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycan Kooperasiya Universitetindən Tehsil-press.az-a bildiriblər ki, ali təhsil ocağının beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva çıxış edərək xalqımızın milli azadlıq mübarizəsindən və dövlət müstəqilliyinin bərpası prosesindən danışıb. O bildirib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, tükənməz Vətən sevgisi sayəsində xalqımızı müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi, xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxtda Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Universitetin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov, tədris işləri üzrə prorektoru Fikrət Quliyev, mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov və digərləri çıxış edərək bildiriblər ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin uzaqgörən siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər qazanaraq regionun lider dövlətinə, bölgədə baş verən siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir güclü ölkəyə çevrilib.
Sonda Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş qısa film nümayiş etdirilib.