Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin imtahan sessiyası başlayıb.
Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən universitetdə tələbələrin imtahan nəticələrinin düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə 9 nəfərdən ibarət apellyasiya komissiyası yaradılıb. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ili tələbələri üçün yazılı formada, IV və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulunda, magistratura səviyyəsində isə yazılı şəkildə keçirilir. Semestr imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə tədris departamentinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər imtahan təşkilatçısı, o cümlədən 100-dək nəzarətçidən ibarət imtahan idarəetmə qrupu yaradılıb.
Şəffaflığın və obyektivliyin təmin edilməsi üçün rektora və prorektorlara e-poçtla birbaşa müraciət etmək, qəbula yazılmaq, ictimai şuraya müraciət etmək, qaynarxə[email protected] və ADPU-nun rəsmi “Facebook” səhifəsindən inboksa yazmaq, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərinin öyrənilməsi, imtahan qərargahına və apellyasiya komissiyasına müraciət etmək imkanları təmin ediləcək, dekanlıqlarda tələbələrin qəbulları təşkil olunacaq. Gün ərzində ümumilikdə təxminən 3 min tələbə yazılı və test üsulu ilə imtahan verir.
Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə imtahanların nəticələri ADPU-nun internet saytında yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr apellyasiya komissiyasına, imtahanın gedişindən narazı qalan tələbələr isə imtahan qərargahına müraciət edə bilərlər. Eyni zamanda, valideynlərlə əlaqələrin yaradılmasına, təhsil ekspertlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin ADPU-da imtahan prosesini müşahidə etmələrinə xüsusi diqqət yetirilir.
ADPU-nun filialları və universitetin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kolleci imtahan sessiyasının gedişi haqqında tədris departamentinə və rektorluğa mütəmadi məlumat verir.
Universitetin rəhbərliyi auditoriyalarda imtahan prosesini müşahidə edir, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün tapşırıq və tövsiyələrini verir.

ADPU-nun Mətbuat Xidməti