Azərbaycan Texnologiya Universitetində (UTECA) mediatur təşkil edilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) mediatur təşkil edilib Qış imtahan sessiyasının gedişini izləyənlər arasında KİV nümayəndələri, abituriyentlər, repetitorlar, kollec tələbələri və valideynlər olub.
UTECA-nın rektoru professor Akif Süleymanov mediatur iştirakçılarına məlumat verib ki, universitetdə 2018-2019-cu tədris ilinin qış semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə bütün zəruri addımlar atılıb, şəffaflığın qorunması üçün valideyinlərin iştirakına şərait yaradılıb. Kompüter vasitəsilə test üsulu ilə götürülən imtahanların gedişini hər bir tələbənin valideyni şəxsiyyət vəsiqəsini təqdim etməklə izləyə bilər. Fevralın 5-dək davam edəcək imtahan sessiyasında qiymətləndirmə kredit sistemi əsasında aparılır. İmtahanların aparılmasına xüsusi təlimatlı əməkdaşlar nəzarət edir. Cavabların qiymətləndirilməsi isə İnformasiya Texnologiyaları Şöbəsi tərəfindən müvafiq proqram vasitəsilə həyata keçirilir, nəticələr həmin gün açıqlanır.
Rektor qeyd edib ki, universitetin rəhbərliyi və professor-müəllim heyəti imtahanların obyektivini əsas götürür və tələbələrəin imtahanlara daha səmərəli hazırlaşmaları üçün əvvəlcədən tədbirlər görülür.
İlk dəfə imtahanları birbaşa müşahidə edən valideyinlər tələbələr üçün yaradılan əlverişli şəraitdən, onların biliyinin qiymətləndirilməsinin şəffaf və effektiv təşklindən razılıqlarını dilə gətiriblər.
Mediatur iştirakçıları bir neçə auditoriyada imtahanların gedişini izlədikdən sonra universitet rəhbərliyi ilə geniş tərkibli görüş təşkil olunub. Rektor son dövrdə rəhbərlik etdiyi ali təhsil ocağında tədrisin, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, aparılan islahatlardan, həyata keçirilən proqram və layihələrdən danışıb. Akif Süleymanov qeyd edib ki, Azərbaycan Texnologiya Universiteti hazırda ölkə üçün prioritet olan sahələri əhatə edir. Bu gün UTECA logistika, yüngül səyane, İKT, qida, metallurgiya üzrə mühəndislər yetişdirir. Bütün dünyada sadalanan ixtisaslara tələbatı nəzərə alan universitet çalışır ki, müasir tələblərə cavab verən, innivasiya ilə ayaqlaşmağı bacaran kadrlar yetişdirsin. Bunun üçün UTECA ölkənin aparıcı müəıssisələri ilə əməkdaşlıq edir. Onların siyahısına DETAL Allüminium Zavodu, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçısı AzGranata, “Hub”a çevrilməyi həfədə alan Port of Baku (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı), Azersell və s. daxildir. Bu gün UTECA tələbələri həmin müəssisələrdə təcrübələr keçirlər. Eyni zamanda həmin müəssisələrin Azərbaycan Texnologiya Universitetində mərkəzləri, laboratoriyaları var. Bütün bunlar yüksək kadr hazırlığına, məzunların iş əlçatanlığının təmin olunmasına hesablanıb.
Sonda mediatur iştirakçıları universitetin Logistika mərkəzi, Barama ofisi, Gön-dəri və Şərab laboratoriyaları ilə tanış olublar.

UTECA-nın Mətbuat Xidməti


Azərbaycan Texnologiya Universitetində (UTECA) mediatur təşkil edilibAzərbaycan Texnologiya Universitetində (UTECA) mediatur təşkil edilibAzərbaycan Texnologiya Universitetində (UTECA) mediatur təşkil edilibAzərbaycan Texnologiya Universitetində (UTECA) mediatur təşkil edilibAzərbaycan Texnologiya Universitetində (UTECA) mediatur təşkil edilib

Oxşar xəbərlər