Fevralın 5-i saat 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkan qeydə alınıb.
ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Tehsil-press.az-a bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib. Bununla bağlı AMEA-ya ilə birgə mütəxəssislər tərəfindən araşdırma aparılıb və ilkin məlumata görə episentri Pirqulu ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib.
Dağıntılar haqqında məlumat daxil olmayıb.
***
Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun verdiyi məlumata görə, İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32- də iki yeraltı təkan (zəlzələ) baş verib. Zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub. İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib. Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır.
Tehsil-press.az