Riyaziyyat və Mexanika İnstitutunda elmi seminar

Riyaziyyat və Mexanika İnstitutunda elmi seminar Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda keçirilən elmi seminarda riyazi analiz şöbəsinin baş elmi işçisi, professor Rövşən Bəndəliyev “Hausdorf operatorunun çəkili Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Hausdorf operatorunun müxtəlif Lebeq tipli fəzalarda məhdudluğu barədə məlumat verilib. Xüsusi halda bəzi klassik inteqral operatorların məhdudluğu üçün çəki funksiyaları üzərinə müəyyən əlavə şərtlər daxilində zəruri və kafi şərt göstərilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər