Krtsanisi təlim mərkəzində baş vermiş insidentdən sonra klinikaya yerləşdirilən azərbaycanlı çağırışçı Elcan Əfəndiyevin işi ilə bağlı Gürcüstanın Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı artıq cinayət işi açıldığı bildirilib:
“Hazırkı mərhələdə ilkin istintaq soruğusunda şahidlər hər hansı döyülmə faktını təsdiq etməyiblər. Bundan başqa, “Rustavi” klinikasında beyin tomoqrafiyası zamanı da zədələnmə faktı aşkarlanmayıb. Çağırışçı ilə hərbi hospitalda keçirilmiş psixoloji, nevroloji müayinələr zamanı zorakılıq izlərinə rast gəlinməyib”.
Qeyd edək ki, Elcan Əfəndiyevin valideynləri oğullarının təlim mərkəzində bir neçə şəxs tərəfindən döyüldüyünü iddia edirlər.
Tehsil-press.az