Fevralın 25-də Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva faciə qurbanlarının xatirəsini dərin hüznlə xatırlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımının ağır nəticələrindən danışıb. Rektor qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. 27 il əvvəl Xocalıda neçə-neçə əliyalın azərbaycanlı qocanın, qadının, körpənin ermənilər tərəfindən xaincəsinə qətlə yetirildiyini deyən N.Əliyeva Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb. N.Əliyeva beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan bu terror aktının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyduğunu diqqətə çatdırıb. Professor Nurlana Əliyeva ölkə daxilində, o cümlədən ölkədən kənarda Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən, təşkil olunan aksiya və tədbirlərdən söz açaraq həmvətənlərimizin Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq idealogiyasını rəhbər tutaraq dövlət siyasətinə dəstək olduqlarını bildirib. Yaxın zamanda torpaqlarımızın düşmən tapdağından azad olunacağını əminliklə vurğulayan Nurlana Əliyeva gəncləri düşməndən qisas almaq üçün hər an hazır olmağa səsləyib.
Tədbirdə Xocalı faciəsinin canlı şahidlərindən BSU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Sadir Məmmədov soyıqırımı zamanı dinc əhalinin qətlə yetirilməsi, elindən-obasından didərgin düşməsi və bu kimi şahidi olduğu özbaşınalıqlar barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüb. O bildirib ki, müəllifi olduğu 12 dildə dərc edilən “Xocalı soyqırımı” kitabının yazılmasında məqsəd Xocalı haqqında həqiqətlərin geniş Avropa ictimaiyyətinə çatdırmaq olub. S.Məmmədov qeyd edib ki, tarix boyu Azərbaycan xalqına qarşı qəsbkar siyasət yeridən ermənilərin Xocalıda törətdiyi kütləvi insan qırğını, ağlasığmaz qəddarlığı və işgəncələri birmənalı olaraq genosid faktıdır, erməni vəhşiliyinin bəşəriyyətə sübutudur.
Sonra tədbirdə iştirak edən Xocalı sakinlərinin faciə ilə bağlı acı təssüratları dinlənilib. Xocalı soyqırımında son günə qədər tibb bacısı kimi çalışmış Səadət Zeynalova və 27 gün Xocalıda əsgərlik etmiş Goranboy rayon sakini Valeh Hüseynov 25-dən 26-na keçən gecə dinc, əliyalın əhaliyə qarşı törədilən qətliamı bir daha ürək ağrısı ilə yada salaraq 27 il keçməsinə baxmayaraq Azərbaycanın bu qanlı hadisəni unutmadığını, xalqımızın qəlbində erməni vandalizminə qarşı nifrətin getdikcə daha da artdığını söyləyiblər.
Çıxışlarınm ardından mərasim iştirakçıları ssenari müəlifi Günay Novruz, rejissoru Roman Yaşar olan “Xocalı soyqırımı” adlı filmə tamaşa ediblər.
Filmin ardından “Ana harayı” adlı səhnə əsərinin təqdimatı olub. Qeyd edək ki, bütün obrazları BSU tələbələrinin canlandırdığı tamaşanın quruluşçu rejissoru BSU-nun xareoqrafı Əli Natiqoğludur.

BSU-nun Mətbuat Xidməti