ADPU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil alan Türk Tələbələrin İdarə Heyətinin təşəbbüsü ilə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimindən öncə universitetdə qanvermə aksiyası keçirilib, sonra isə tədbir Böyük Akt zalında davam etdirilib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Xocalıda həlak olmuş soydaşlarımızın və Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Anım mərasimini giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov universitetin rəhbərliyi adından tədbirin təşkilatçılarına təşəkkür edib. Prorektor E.Aslanov qeyd edib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır hərbi cinayətdir. Hər il fevral ayında həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində Xocalı soyqırımına həsr edilmiş müxtəlif tədbirlər keçirilir. Məqsəd dünya ictimaiyyətinin diqqətini yenidən Xocalı faciəsinə yönəltməkdir. Ermənilər öz havadarlarının köməyi ilə Xocalı soyqırımını törətməklə xalqımızı müstəqillik uğrunda mübarizədən yayındırmaq, onun azadlıq ruhunu məhv etmək istəyirdilər. Lakin xalqımız bu faciədən əyilmədi, sınmadı, sarsılmadı və öz müstəqilliyi, dövlətçiliyi uğrunda apardığı mübarizəni daha əzmlə, daha qətiyyətlə davam etdirdi. Azərbaycan inkişaf etdi, gücləndi, bütün dünyada layiqincə tanındı. İnanırıq ki, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində işğal olunmuş torpaqlarmız azad ediləcək.
Türk Tələbələrin İdarə Heyətinin sədri Hakan Köse çıxışında bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bizim ortaq tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz var. Böyük Türk gəncliyi xalq və Vətən uğrunda mübarizəyə həmişə hazırdır. Azərbaycan Türk gəncliyinin ürəyində bir şah damardır.
Tədbirdə Xocalı faciəsi ilə bağlı videoçarx təqdim edilib.
Riyaziyyat və informatika fakültəsinin III tədris ili tələbəsi Ayşən Əsədova“Ya Qarabağ, ya ölüm!” şerini, həmin fakültənin II tədris ili tələbəsi Aytən Əsgərova “Qara dastan” şerini səsləndiriblər. Nadya Rzayeva “Qum sənəti” ni nümayiş etdirb, Azər Səlimov Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin III tədris ili tələbəsi Elşən Abbaszadənin tarda müşayiəti ilə “Qarabağ ağısı”nı səsləndirib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Oxşar xəbərlər