Ötən ilin ən yaxşı smartfonu açıqlandı

Ötən ilin ən yaxşı smartfonu açıqlandı “Huawei Mate 20 Pro” 2018-ci ilin ən yaxşı smartfonu seçilib.
"Mobile World Congress 2019” beynəlxalq sərgisinin münsif heyəti belə qənaətə gəlib. Sərgi 25-28 fevral tarixində Barselonada keçirilib. Telekom sənayesinin mütəxəssisləri, jurnalistlər, mobil operatorlar 30-dan çox nominasiya üzrə cihazları, proqram təminatını və mobil texnologiyaları dəyərləndiriblər.
Ən yaxşı smartfon adına “iPhone XS Max”, “Google Pixel 3”, “OnePlus 6T” və “Samsung Galaxy Note 9” da namizəd olublar. Ötən il isə bu nominasiyanın qalibi “iPhone X” olmuşdu.
“Huawei Mate 20 Pro” bundan əvvəl “Business İnsider”in versiyasına görə dünyanın ən yaxşı 20 smartfonu siyahısına düşmüşdü. Ötən bazar isə “Huawei” 5 G texnologiyasını dəstəkləyən "Huawei Mate X” smartfonunu təqdim etdi. Yeni məhsulun dəyəri 2,6 min dollar təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər