“Huawei” şirkətinin maliyyə direktorunun saxlanılması ilə bağlı yaranmış insident nəinki Çində, eyni zamanda əksər qərb ölkələrində əsas müzakirə mövzusuna çevrilib.
Çinin “Global Times” qəzeti Men Vançjounun saxlanılmasını Birləşmiş Ştatlar hökumətinin şirkətə zərbə vurmaq cəhdinin sübutu kimi qiymətləndirib:
“Bu hadisə dünya ictimaiyyəti üçün sübut oldu ki, "Huawei"yə qarşı ABŞ dəqiq hədəflənmiş məqsədi təqib edir. Aydındır ki, Vaşinqton pis niyyətlə bu şirkəti bəzi cinayətlərdə ittiham etmək istəyir, onu Amerika qanunvericiliyinin zərbəsi altında qoymağa çalışır”.
Müəlliflərin fikrincə, Amerika tərəfi şirkətin nüfuzuna zərbə vurmaq istəyir və hüquqi yollarla bazarı bu texnologiya nəhəngindən geri qazanmağa çalışır.
CNN isə mənbəsinə istinadən yazır ki, Tramp administrasiyasının bir hissəsi hesab edir ki, maliyyə direktorunun həbsini ticarət məsələləri ilə bağlı danışıqlarda Pekinə qarşı təzyiq rıçaqı kimi istifadə etmək olar.
Kiber təhlükəsizlik üzrə ekspert Emili Teylorun fikrincə, baş verən insident Qərblə Çinin 5G yüksəksürətli mobil rabitə texnologiyasında liderlik uğrunda mübarizəsinin bir hissəsidir.
Məsələn, bu yaxınlarda Britaniyanın “British Telecom” şirkəti ölkədə 5G şəbəkəsinin yerləşdirilməsi prosesində “Huawei”dən istifadəni qadağan etdi.
Yeni Zelandiya, Avstraliya və ABŞ kimi ölkələrdə isə şirkətin dövlət satınalmaları və ya digər vacib infrastruktur layihələrində iştirakına qarşı məhdudiyyətlərin tətbiq edilib.
Çinli analitiklər bildirirlər ki, “Huawei” kimi rəqibə bazar metodları ilə qalib gələ bilməyəcəyini görən qərbli partnyorlar qeyri-bazar tədbirlərinə əl atmalı olurlar.
Xatırladaq ki, hələ ki, Kanada hökuməti həbsin səbəbi ilə bağlı rəsmi izahat verməyib və həbsin ABŞ-ın sorğusu əsasında həyata keçirildiyini açıqlamaqla kifayətlənib.
Qeyd edək ki, şirkətin maliyyə direktoru, eyni zamanda varisi olan Men Vançjou ABŞ-ın sorğusu əsasında Kanada ərazisində saxlanılıb. O, Amerikanın İrana qarşı ticari sanksiyalarını pozmaqda ittiham edilib. Şirkət faktı təsdiqləsə də, direktorun hansısa hüquqazidd hərəkətinə dair informasiyaya sahib olmadığını bəyan edib.
Tehsil-press.az