“Təhsil-press.az” saytında Masallı rayon Təhsil Şöbəsinin rəhbərliyi haqqında yazılar getmişdir. Yazılanlarla bağlı aşağıdakıları bildiririk:
Babayev Rahib Əkbər oğlu Masallı rayon Təhsil Şöbəsinin metodistidir. 2016-cı ilin sentyabr ayından Masallı RTŞ-nin müvafiq əmrinə əsasən Ərkivan qəsəbə 3 saylı tam orta məktəbdə direktor vəzifəsi vakant olduğu üçün zəruri ehtiyaca görə direktor vəzifəsini əvəz etmək ona həvalə edilmişdir. İşlədiyi müddət ərzində məktəbdə nizam-intizam yaratmış, təhsilin səviyyəsini yüksəltməyə çalışmışdır. Bu səbəbdən son illərdə məktəbin ali və orta ixtisas müəssisələrinə qəbul nəticələri yüksək olmuşdur. Ərkivan qəsəbə 3 saylı tam orta məktəbi rayonda keçirilmiş bu və ya digər tədbirlərdə fəal iştirak etmişdir. Rahib Babayev işlədiyi müddətdə əvvəlki direktor tərəfindən yol verilmiş nöqsanları aradan qaldırmışdır. Bu dəyişikliklər ayrı-ayrı adamların mənafeyinə toxunduğundan ona qarşı böhtan xarakterli, qərəzli şikayət məktubları yazmışlar. Bu müraciətlər ayrı-ayrı təşkilatlar tərəfindən yoxlanılmış və şikayət məktublarında göstərilən nöqsanlar öz əksini tapmamışdır.
06 fevral 2019-cu il tarixdə “təhsil-press.az” saytında verdiyiniz Masallı RTŞ-nin müdiri Tariyel Əkbərovu, o cümlədən təhsil şöbəsini, onun kollektivini aşağılamağa, gözdən salmağa cəhd edən anonim yazı bundan əvvəl də bəzi saytlarda verilmiş, jurnalistikanın ən elementar qaydalarına əməl etməyərək qarşı tərəfin fikri öyrənilməmiş, sadəcə heç buna cəhd də edilməmişdir. Yazı müəllifləri Masallı rayon Təhsil Şöbəsinin heç bir yaxşı işini dilə gətirmək istəməmişdir. Məsələn, bir neçə masallılı məzun orta məktəbi qızıl və gümüş medalla bitirib, onlarla şagirdimiz ölkə səviyyəli olimpiadaların, müsabiqələrin qalibi olub, ali məktəbə qəbul olunanlar arasında masallılı qızların, həm də yüksək balla tələbə adını qazanan qızların sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Lakin yazının arxasında gizlənənlər hətta rayonun abadlığı üçün keçirtdiyimiz iməclikləri də (ağacəkmə aksiyası) bizim üçün nöqsan sayırlar. Ancaq anonim yazılarda göstərilənlər öz əksini tapmamışdır. Belə ki, bu mövzuda olan yazılar Azərbaycan Respublikasının Mətbuat Şurasında müzakirə olunduqdan sonra məlumatları verən saytlar tərəfindən təkzib edilmişdir.

Masallı Rayon Təhsil Şöbəsi