Yeni səfir: ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur

Yeni səfir: ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur.
Bunu ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litsenberger deyib.
O xatırladıb ki, 34 illik diplomat karyerası ərzində Əfqanıstan, Əlcəzair, Belçika, Bolqarıstan, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Serbiyada işləyib:
“İndi mən Azərbaycana gəlməkdən məmnunam. ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri var. Ölkələrimiz 25 ildən artıqdır ki, təhlükəsizlik, energetika, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir olaraq mən ikitərəfli münasibətlərin bütün aspektlərinin möhkəmlənməsi və yeni əməkdaşlıq sahələrinin axtarışları üzərində işləyəcəyəm. Mən səbrsizliklə hər təbəqədən insanlarla ünsiyyət qurmağı və müxtəlif fikirləri eşitməyi gözləyirəm”.
Qeyd edək ki, E.Litsenberger səfir vəzifəsində ötən ilin martında missiyasını başa vurmuş Robert Sekutanı əvəz edib.

Tehsil-press.az

Oxşar xəbərlər