“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Mən də ƏSGƏRƏM” layihəsini başa vurub. Layihənin əsas məqsədi gənclərin vətənpərvər ruhda böyüməsi, xalqının vətənpərvər övladlarının həyat yolu ilə tanış olmaları, həmçinin gənclərin orduya, əsgərə hörmətlə yanaşmalarını tərənnüm etmək üçün sosial çarxların hazırlanması olub. Layihə çərçivəsində çox maraqlı iki videoçarxlar hazırlanıb. Fevral ayının 28-də Sabunçu Gənclər Evində layihə çərçivəsində görülən işlər haqqında məlumatlandırma, həmçinin hazırlanan bu videoçarxların təqdimatı keçirilib.
Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “İnnovasiyaya Doğru” Gənclərə Dəsətək İctimai Birliyinin sədri Rəşad Cəfərov Gənclər Fondunun fəaliyyəti və təşkilatın həyata keçirdiyi “Məndə də ƏSGƏRƏM” layihəsi haqqında məlumat verib. O, çıxışında bildirib ki: “Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Hər bir ordunun güclü əsgərə ehtiyacı var. Vətənpərvər gənc qəhrəman gənc, qəhrəman gənc isə güclü ordu deməkdir. Sözsüz ki, Azərbaycan ordusu bölgənin ən güclü ordularındandır. Buna baxmayaraq hər bir ölkədə əsgərə mənəvi dəstək, hörmət bu ölkənin ordusunun başını həmişə uca edib. Gənclər arasında əsgərə hörmət hissinin aşılanması vacib şərtlərdəndir. Müharibə şəraitində yaşayan hər bir ölkənin isə buna daha çox ehtiyacı var.”
Bu çıxışdan sonra tədbir iştirakçıları layihə çərçivəsində hazırlanan videoçarxları izləyiblər.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Füzuli İsmayılov çıxış edərək videoçarxların çox təsirli alındığını söyləyib. Belə bir təşəbbüsün gənclər tərəfindən atılmasını alqışlayıb.
Digər çıxışçılar da bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıblar.

Mətbuat Xidməti