Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Müasir gənclər müasir peşələr” adlı layihənin icrasına yekun vurulub. Təşkilatın sədri Rəşad Cəfərov layihə haqqında məlumat verərkən bunları söyləyib: “Layihənin əsas məqsədini müasir peşələr haqqında məlumatlandırma, bu peşələrə yiyələnmənin maddi, iqtisadi və yaradıcı üstünlüklərinin gənclərə aşılanması, gənclərin məlumat almaları üçün mərkəzlərin və yolların onlara göstərilməsini, həmçinin gənclərin peşə seçimi edərkən nələrə diqqət yetirmək lazım olduğunu aşılamaq idi. Layihənin sonunda belə nəticəyə gəldik ki, əsas problem yeniyetmələrin peşə seçimi etdikləri zaman yaranır. Peşə haqqında düzgün təsəvvürün olmaması, seçilən peşənin hansı şəxsi keyfiyyətlər tələb etməsinin nəzərə alınmaması, valideynlərin istək və arzularının təsiri yeniyetmələr peşə seçimlərində yanlışlıqlara yol verimələrinə gətirib çıxarır.”
Qeyd edək ki, layihəyə Şamaxı, Salyan və Quba rayonundan olan yeniyetmələr cəlb ediliblər.
Layihənin olduqca maraqlı və maarifləndirici olduğunu söyləyən tədbir iştirakçıları gələcəkdə bu təlimdə söylənilən məsləhətlərdən mütləq istifadə edəcəklərini bildiriblər.
Təşkilat nəzərdə tutur ki, peşə, ixtisas seçimi ilə bağlı məktəb proqramına xüsusi bir dərs gününün salınması barədə təkliflə çıxış etsin.
Sonda tədbir iştirakçılarına layihə ilə bağlı bukletlər paylanılıb.