8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərsu” ASC-də tədbir keçirilib.
“Azərsu”nun qadın əməkdaşlarını təbrik edən qurumun sədrinin birinci müavini Teyyub Cabbarov bu bayramın dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda qeyd olunduğunu deyib. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri olduğunu xatırladan T.Cabbarov qeyd edib ki, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib. Ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verən qadınlar cəmiyyətimizdə öz layiqli yerini tutub.
Qeyd olunub ki, müasir dövrdə gender bərabərliyinin təmin edilməsi istiqamətində ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət aparılır. Son illər gender siyasətinə xələl gətirən məişət zorakılığı, erkən nikah, insan alveri kimi hallarla mübarizə tədbirləri gücləndirilib.
Qadınların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilib, su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu vurğulanıb.
Sonda ASC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.
Tehsil-press.az