Diasporla İş üzrə Dövlət Komitəsində Beynəlxalq Qadınlar Günü qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsində Beynəlxalq Qadınlar Günü qeyd olunub Diasporla İş üzrə Dövlət Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən komitə sədri Fuad Muradov xanım əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onların fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün komitədə çalışan qadınların böyük əksəriyyəti xaricdə təhsil alan və ya təcrübə keçən yüksək ixtisaslı kadrlardır. Bunun nəticəsidir ki, onlar diaspor siyasətinə, bu sahədə beynəlxalq təcrübənin tətbiqinə böyük töhfə verirlər.
Tədbirdə çıxış edənlər qadınların diaspor fəaliyyətində olduqca fəal iştirak etdiklərini və Azərbaycan diasporunun yeni inkişaf mərhələsinə yüksəlməsində peşəkarlıq nümayiş etdirdiklərini bildiriblər. Vurğulanıb ki, olduqca mürəkkəb və çoxşaxəli diaspor siyasəti dərin bilik və yeni yanaşmalar tələb edir və komitənin bu işin öhdəsindən uğurla gəlməsində burada çalışan xanım əməkdaşların rolu əvəzsizdir.

Tehsil-press.az

Oxşar xəbərlər