Dünyanın ən yaşlı insanı kimi “Ginnes”ə düşdü

Dünyanın ən yaşlı insanı kimi “Ginnes”ə düşdü 116 yaşlı yaponiyalı Kane Tanaka dünyanın ən yaşlı insanı elan edilib.
“Ginnesin rekordlar kitabı”na düşən Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. O, səkkizuşaqlı ailənin 7-ci övladıdır. Hazırda Fukuoka prefekturasında yaşayan Kanenin 4 doğma, bir ögey övladı var.
Qeyd edək ki, Tanakadan əvvəl bu status Tiyo Miyakonun olub. O, ötən il 117 yaşında dünyasını dəyişib. İndiyədək bu rekord 122 il yaşayan Janna-Luiza Kalmenə məxsus olub.

Tehsil-press.az

Oxşar xəbərlər