İranda 100-ə qədər yüksək vəzifəli məmurun ikili vətəndaşlığı var

İranda 100-ə qədər yüksək vəzifəli məmurun ikili vətəndaşlığı var İran parlamentinin araşdırma qrupu belə bir nəticəyə gəlib ki, ölkədə 100-ə qədər yüksək vəzifəli məmur ikili vətəndaşlığa və “Green Card”a malikdir.
Bunu İran parlamentinin deputatı və Vilayət Fraksiyasının üzvü Əbülfəz Əbuturabi deyib.
Ə.Əbuturabinin sözlərinə görə, bu siyahıda istər islahatçı, istərsə də mühafizəkar siyasi dairələrə mənsub məmurların adları var:
"Təəssüflər olsun ki, ikili vətəndaşlıq İran üçün ciddi problemdir. Çünki rəqib ölkələrin İrana nüfuz etmək üçün ən optimal yolu həmin ikili vətəndaşlığı olan şəxslərdir".

Tehsil-press.az

Oxşar xəbərlər