Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ali məktəbin yeni avadanlıqlarla təmin edilmiş laboratoriyalarında olub.
Fizika laboratoriyasına baş çəkən rektor burada yaradılan şəraitlə tanış olub. Fizika kafedrasının müdiri, professor Müsavər Musayev yeni avadanlıqlar haqqında məlumat verib, onların iş prinsipini nümayiş etdirib.
Daha sonra M.Babanlı idarəetmə və sistemlər mühəndisliyi kafedrasının laboratoriyasında olub. Kafedra müdiri, professor Fərid Ağayev yeni avadanlıqlar haqqında məlumat verib, müasir laboratoriyaların tələbələr üçün əhəmiyyətini qeyd edib.
Laboratoriyalarla tanışlıqdan sonra professor-müəllim heyəti ilə görüşən rektor universitetdə bu cür tədbirlərin davamlı olacağını bildirib. Laboratoriyaların zənginləşdirilməsinin ali məktəbdə elmin inkişafına böyük təkan verəcəyini deyən M.Babanlı burada tələbələrin kurs işləri və startap layihələri üzərində çalışmaları üçün şərait yaradıldığını qeyd edib. Kafedra əməkdaşlarına 3 dildə metodiki göstərişlər hazırlanması və digər məsələlər barədə tövsiyələrini verən rektor professor-müəllim heyətinin təkliflərini dinləyib.

ADNSU-nun Mətbuat Xidməti