Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilininin üslubiyyatı və Linqvokulturologiya kafedralarının birgə təşkilatçılığı ilə xalq yazıçısı, nasir, dramaturq, tənqidçi, əbəbiyyatşünas, ictimai xadim, professor Elçinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan İngilis dilininin üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Zeynalova görüşün məqsədinin lirik hekayələr ustası, mahir komediyalar müəllifi, tragediyalar dramaturqu, fundamental monoqrafiyalarla özünəməxsus elmi-nəzəri sistem yaradan yazıçı, professor Elçinin yaradıcılığı haqqında biliklərin daha da zənginləşdirilməsi olduğunu bildirib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Elçinin bədii əsərlərinin təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində sevilərək oxunduğunu, əldən-ələ keçərək oxucu kütləsi arasında mənəvi körpü rolunu oynadığını söyləyib. Onun sözlərinə görə, çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi, görkəmli ictimai xadim, dünya şöhrətli xalq yazıçısı Elçin yaradıcılığının ilk illərindən cəmiyyətdə, bütövlükdə dünyada baş verən hadisələri, mənəvi-əxlaqi durumu dərindən dərk edərək onu istedadının gücü və qələminin qüdrəti ilə ustalıqla, bədii boyalarla öz əsərlərində əks etdirib. Ə.Abdullayev ömrünü ədəbiyyata həsr edən, çoxşaxəli yaradıcılığında milli özünüdərklə ümumbəşəri dəyərlər arasında bir vəhdət, bir körpü yaradan istedadlı qələm sahibinin əsərlərinin dünya ədəbiyyatında xüsusi yer tutduğunu nəzərə çatdırıb.
ADU-nun unikal universitet olduğunu qeyd edən Ə.Abdullayev gələcəkdə ali təhsil müəssisəsinin müəllim və tələbələri tərəfindən yazıçının əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunacağına inandığını bildirib. Sonda Ə.Abdullayev vaxt ayırıb ADU-ya gəldiyinə görə E.Əfəndiyevə təşəkkürünü bildirib, belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə, həmçinin dosent Vəfa Əliyev “Bəşəri ideyalar yazıçısı kimi”, professor Məryəm Əlizadə “Elçin və teatr”, “Visions of Azerbaijan” jurnalının redaktoru, İan Peart isə “Elçinin yaradıcılığı ingilis dilində” mövzularında məruzə ilə çıxış ediblər.
Sonda çıxış edən dramaturq “Şekspir” əsərini ingilis dilində səhnələşdirən tələbələrin aktyorluq qabiliyyətini təqdirəlayiq hal kimi qiymətləndirib, bunun ADU-da dil tədrisi ilə yanaşı mədəni vərdişlərin də aşılandığının bariz nümunəsi olduğunu sözlərinə əlavə edib. Xalq yazıçısı Elçin görüşün yüksək şəkildə təşkil edildiyini qeyd edərək, onun ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

ADU-nun Mətbuat Xidməti