BSU-da görkəmli rus yazıçısı İvan Turgenevin 200 illiyi qeyd olunub

BSU-da görkəmli rus yazıçısı İvan Turgenevin 200 illiyi qeyd olunub Bakı Slavyan Universitetinin (BSU) Rusiya Tədris-Mədəniyyət Mərkəzinin “Moskva auditoriyası” tərəfindən XIX əsrin görkəmli rus yazıçısı İvan Turgenevin 200 illiyinə həsr olunmuş “Həyatda yalnız bir dəfə görüş olur” adlı bədii yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə Rusiya Tədris-Mədəniyyət Mərkəzinin müdiri Gülnarə Novruzova görkəmli yazıçının həyat və yaradıcılığından, ictimai xadim kimi fəaliyyətindən danışıb. G.Novruzova qeyd edib ki, İvan Turgenev insan ruhunu oxşayan nəhəng yazıçıdır, zaman keçdikcə o, bizə daha yaxın olur.
Sonra rus dilinin tarixi inkişaf yolu ilə bağlı video, yazıçının həyat və yaradıcılığına həsr olunmuş slayd nümayiş etdirilib.
Tədbirdə BSU-nun tələbələri Azərbaycan və rus şairlərinin İvan Turgenevə həsr etdikləri şeirləri söyləyiblər. “Dumanlı səhər, boz səhər” romansı səsləndirildikdən sonra tələbələr yazıçının “Asya”, “Ucadan düşüncələr”, “Peterburqun kübar həyatı” əsərlərindən səhnəciklər göstəriblər.
Sonra yazıçının həyat yolu, yaradıcılığı və ilk məhəbbətindən bəhs edən tamaşa nümayiş olunub. İvan Turgenev obrazını BSU-nun tələbəsi Ceyhun Əliyev canlandırıb.
Tədbir Valentina Ponomaryevanın ifasında “Həyatda yalnız bir dəfə görüş olur” adlı romansla başa çatıb.

BSU-nun Mətbuat Xidməti


BSU-da görkəmli rus yazıçısı İvan Turgenevin 200 illiyi qeyd olunubBSU-da görkəmli rus yazıçısı İvan Turgenevin 200 illiyi qeyd olunub


Oxşar xəbərlər