Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının aprelin 8-də keçirilmiş geniş iclasında universitetin rektoru, professor Nurlana Əliyevaya Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” medalı təqdim olunub. Qeyd edək ki, adıçəkilən medal Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Qanuna görə yubiley medalı ilə əsasən Azərbaycan Respublikasının milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında, milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının inkişafında və dövlətçiliyinin tərəqqisində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.
Medalı universitetin rektoru, professor Nurlana Əliyevaya DTX-nin rəsmiləri təqdim ediblər. Təqdimetmə mərasimində çıxış edən DTX-nin rəsmi nümayəndəsi medalın N.Əliyevaya Azərbaycan dövlətçiliyinin, ölkənin milli təhlükəsizliyinin qorunmasında göstərdiyi əvəzsiz xidmətlərə, vətənpərvər və təəssübkeş gənclərin tərbiyəsi sayəsindəki çoxillik ardıcıl fəaliyyətinə görə verildiyini bildirib. O, N.Əliyevanın müstəqil Azərbaycan dövlətinin formalaşmağa başladığı ilk günlərdən Ulu Öndər Heydər Əliyevin sədaqətli silahdaşlarından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün çağırışlarına ilk səs verən ən əqidəli insanlardan olduğunu vurğulayıb. DTX rəsmisi N.Əliyevanın Yeni Azərbaycan Pariyasının (YAP) qurulmasındakı xidmətlərini xüsusi vurğulayıb, bu gün həmin partiyanın Qadınlar Şurasına uğurla rəhbərlik etdiyini qeyd edib. O həmçinin BSU rektorunun universitetə rəhbərlik ediyi qısa zamanda dünyanın bir çox ali məktəbləri ilə, xarici ölkələrin Azərbaycandakı diplomatik korpusları ilə yüksək əlaqələrə nail olduğunu, ölkəmizin dünyada tanınması istiqamətində davamlı işlər gördüyünü bildirib.
DTX rəsmisi BSU-nun Azərbaycan mədəniyyətinin, elminin, tarixinin, dilinin dünyada təbliği istiqamətində ardıcıl addımlar atdığını diqqətə çatdırıb və bunun dövlət orqanları tərəfindən yüksək qiymətləndirdiyini qeyd edib.
Sonra söz alan BSU rektoru Nurlana Əliyeva ona göstərilən diqqət və etimada görə dövlət başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, dövlət təhlükəsizlik orqanlarının ayıq-sayıq əməkdaşlarına dərin təşəkkürünü bildirib. O, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun dövlətimizin başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Yeni Azərbaycan Partiyasının bütün rəhbərliyi və üzvləri tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb, dövlətimizin nüfuzunun dünya arenasında gündən-günə yüksəldiyini qeyd edib. N.Əliyeva bundan sonrakı bütün həyatını Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, inkişafına sərf edəcəyini söyləyib.
BSU-nun Mətbuat Xidməti