BSU-nun elmi şurasının iclasında 2018-ci ilin yekunları müzakirə olunub

BSU-nun elmi şurasının iclasında 2018-ci ilin yekunları müzakirə olunub Bakı Slavyan Universitetinin (BSU) elmi şurasının iclası keçirilib.
İclasda bu ali məktəbin rektoru, professor Nurlana Əliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün geniş şəkildə qeyd olunmasının əhəmiyyətini vurğulayıb. Bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu xatırladan rektor Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
BSU-da 2018-ci ildə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, tədris, elm və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurlardan danışan professor Nurlana Əliyeva bir qrup əməkdaşın Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif mükafatlara layiq görüldüyünü söyləyib.
İclasda qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.
Sonra ilin yekunlarına görə universitetin fəal əməkdaşlarına diplom və hədiyyələr təqdim edilib.

BSU-nun Mətbuat Xidməti


BSU-nun elmi şurasının iclasında 2018-ci ilin yekunları müzakirə olunub


Oxşar xəbərlər