Ölkəmizdə səfərdə olan amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys noyabrın 27-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevaya ABŞ-ın yüksək səviyyəli iki medalını təqdim edib.
Təqdimetmə mərasiminə universitetin rəhbərliyi, müəllim və tələbələr qatılıblar.
Əvvəlcə amerikalı diplomat tələbələr qarşısında son mühazirəsini oxuyub, onların suallarını cavablandırıb.
N.Əliyeva Bakıya son illər ərzində tez-tez səfər edən P.Teysin dünya mətbuatında ölkəmiz barədə müsbət fikirlər səsləndirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, P.Teys, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi siyasi açıqlamalar verir, nüfuzlu beynəlxalq tədbirlərdə respublikamızın haqlı mövqeyini müdafiə edir. Rektor bu gün Azərbaycanda dövlət ideologiyasının tərkib hissəsinə çevrilmiş multikulturalizm siyasətinin kökündə də məhz bu səmimiyyətin, humanizmin, insanpərvərliyin dayandığını qeyd edib. Vurğulanıb ki, multikulturalizm siyasəti Azərbaycanı digər dünya dövlətlərindən fərqləndirən əsas amildir. İyirmi beş il bundan əvvəl ümummilli lider Heydər Əliyevin ölkəmizdə reallaşdırmağa başladığı multikulturalizm siyasəti Azərbaycanı uçurumdan xilas edib və qısa vaxtda onu böyük inkişaf yoluna çıxarıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasında olduğunu vurğulayan N.Əliyeva bu uğurlu siyasət nəticəsində tezliklə Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllini tapacağına əminliyini bildirib. O deyib: “Qarabağ problemi bizim ən böyük dərdimizdir. Azərbaycan xalqı inanır ki, müasir texnika ilə təchiz olunmuş ordumuz, vətənpərvər övladlarımız qısa müddətdə Qarabağı azad edə bilər. Ancaq biz dinc yolla torpaqlarımızın azad edilməsinə nail olmaq istəyirik”.
Rektor bu işdə dünyanın ədalətli insanlarının, haqsevər siyasətçilərinin də mühüm rol oynadıqlarını qeyd edib. Diqqətə çatdırılıb ki, P.Teys həmin insanların ön cərgəsindədir. BSU-nun kollektivi adından P.Teysə minnətdarlığını bildirən N.Əliyeva Azərbaycan xalqının ədalətli insanlara daim böyük diqqət və qonaqpərvərlik göstərdiyini vurğulayıb.
BSU-da təhsilin yüksək səviyyədə qurulduğunu söyləyən P.Teys bu ali təhsil müəssisəsində mühazirələr oxumaqdan məmnunluğunu bildirib. Azərbaycanlı gənclərin istedadlı və böyük potensiala malik olduqlarını deyən politoloq gələcəkdə də burada mühazirə oxumaq istəyini diqqətə çatdırıb. O, BSU-dakı mükəmməl təhsil mühitinə, müasir tələblərə cavab verən tədris şəraitinə görə N.Əliyevaya Amerika Konqresi Muzeyinin hədiyyəsini, Amerika bayrağı və Vaşinqtondakı Azadlıq Heykəlini simvolizə edən medalları verib. Bundan əlavə, P.Teys ABŞ Prezidenti Donald Trampın seçki komandasının loqosunu da universitetə bağışlayıb.
Sonda amerikalı politoloq Azərbaycanın işğal altında olan torpaqlarının erməni əsarətindən azad edilməsini və orada çay içməyi arzuladığını bildirib.
Qeyd edək ki, 2016-cı ildən BSU ilə əməkdaşlıq edən P.Teys bu il də universitetin tələbələri qarşısında bir neçə mühazirə oxuyub, gənclərə maarifləndirmə istiqamətində təlimlər keçib.

BSU-nun Mətbuat Xidməti