Bakı Slavyan Universitetində Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasim iştirakçıları Ümummilli Liderin BSU-nun foyesində yerləşən büstünün önünə əklil və gül dəstələri düzüblər.
Tədbir rəsmi hissə ilə davam edib. Rəsmi hissənin əvvəlində Azərbaycanın Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən elmin, təhsilin inkişafına böyük diqqət yetirirdi. N.Əliyeva Ümummilli Liderin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqın məhəbbətini qazanan öndər kimi qaldığını diqqətə çatdırıb. O deyib: “Ulu Öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanıb. Hər bir azərbaycanlı bunu yüksək qiymətləndirməli, onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. O, Azərbaycanla fəxr edirdi. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı, şəxsiyyət tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub”. Müstəqil Azərbaycanın tarix boyu çox çətin yollar, sınaqlar qarşısında qaldığını xatırladan N.Əliyeva qeyd edib ki, müstəqilliyimizin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Rektor Ulu Öndərin Azərbaycan dilinin təbliği və inkişafı istiqamətindəki xidmətlırindən də danışıb. N.Əliyeva bu gün Azərbaycan dilinin hərtərəfli inkişafının, dövlət dilinə çevrilməsinin, diplomatiya aləminə yol açmasının, dünyanın ən mötəbər tribunalarından eşidilməsinin Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlı olduğunu vurğulayıb.
Bu gün Ulu Öndərin məqsədyönlü siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirdiyini, müstəqil Azərbaycanın daha da güclənməsi istiqamətində mühüm işlər gördüyünü deyən N.Əliyeva dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın bütün sahələrdə mühüm nailiyyətlər qazandığını diqqətə çatdırıb. N.Əliyeva dahi şəxsiyyətin, nəhəng
dövlət xadiminin bünövrəsini qoyduğu xarici siyasətin uğurla davam etdirilməsində ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm rolu olduğunu, onun Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya çatdırılmasında və təbliğində böyük işlər gördüyünü diqqətə çatdırıb.
Tədbirin davamında YAP Gənclər Birliyinin (GB) BSU üzrə sədri Şirin Hüseynzadə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edib. Ş.Hüseynzadə çıxışında bu gün dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verildiyini qeyd edib. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin həm ölkənin ictimai həyatında, humanitar, idman və digər sahələrdə Azərbaycan Respublikası Prezidenti tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Sonra BSU-nun I kurs tələbəsi Sevinc Süleymanova “Ulu Öndər” şeirini səsləndirib.
BSU-nun II kurs tələbəsi Mirpaşa İlyasov “Xalqın lideri”, I kurs tələbəsi Ayxan Əzizov “Dünya liderləri H.Əliyev haqqında” adlı məruzələrlə çıxış ediblər.
Tədbirin davamında Ulu Öndər Heydər Əliyevin həyat yoluna həsr olunmuş “Lider” filminin nümayişi olub.
Sonda BSU-nun professor-müəllim heyəti və tələbələrindən ibarət kontingent Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər.
BSU-nun Mətbuat Xidməti