Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Əbdülməcid Axundovun anım günü keçirilib

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Əbdülməcid Axundovun anım günü keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, MİHİ Sumqayıt şəhər Komitəsinin dəstəyi, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anım günü keçirilib.
Əvvəlcə tədbir iştirakçıları şəhidin fotolarından ibarət sərgi ilə yaxından tanış olublar.
Sonra şəhidin anası Ceyran Axundova çıxış edib, oğlu ilə bağlı xatirələrini bölüşüb, tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
“Mən səninləyəm Ana Vətən” bədii- sənədli filminin yaradıcı heyəti də çıxış edərək çəkiliş prosesi haqqında danışıblar.
Daha sonra “Mən səninləyəm Ana Vətən” bədii- sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, Əbdülməcid Axundova həsr olunmuş filmin Sumqayıtda və Bakıda təqdimat mərasimi keçirilib.
Filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, prodüsseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır. Ekran əsərində ana obrazını şəhidin anası Ceyran Axundova canlandırıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Əbdülməcid Axundovun anım günü keçirilibSumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Əbdülməcid Axundovun anım günü keçirilibSumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Əbdülməcid Axundovun anım günü keçirilib

Oxşar xəbərlər