Aİİ abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir

Aİİ abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) III ixtisas qrupuna sənəd verəcək abituriyentləri aprelin 22-dən mayın 22-dək, çərşənbə günləri saat 09:00-dan 17:00-dək “Açıq qapı” günlərinə dəvət edir.
“Açıq qapı” günlərində iştirakçılar üçün tədris binasında məlumatlandırıcı görüşlər təşkil olunacaq, onlar Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məlumat alacaqlar. Abituriyentlər keçid balları, ixtisaslar haqqında ətraflı məlumat alacaqlar. Bununla yanaşı, onlara xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil imkanları, məzunlar üçün iş imkanları, institutun beynəlxalq əlaqələri, tələbələrin sosial həyatı, yay və qış məktəbləri haqqında ətraflı məlumat veriləcək. Abituriyentlər, eyni zamanda, dərs prosesini izləyəcək, onları maraqlandıran suallarla Aİİ əməkdaşlarına müraciət edə biləcəklər.
“Açıq qapı” günlərində iştirak etmək istəyən abituriyentlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. İnstitutun tədris binasına daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.

Aİİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər