Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı aprelin 20-də abituriyentləri 2019-2020-ci tədris ilində filiala daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” gününə dəvət edir.
Tədbir iştirakçıları MDU Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavrların və magistrlərin hazırlanması ilə bağlı hərtərəfli məlumat ala biləcəklər.
“Açıq qapı” günü aprelin 20-də saat 14:00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yanında) ünvanında keçiriləcək. Əlaqə nömrəsi: (012) 598 93 32.

MDU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər