Tvinninq layihəsi çərçivəsində ekspertlər ölkəmizə səfər ediblər

Tvinninq layihəsi çərçivəsində ekspertlər ölkəmizə səfər ediblər Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.
Layihənin “Seçilmiş milli təhsil proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədilə yenidən hazırlanması” adlı birinci komponenti çərçivəsində ölkəmizə gələn ekspert qrupuna Litvanın Tədqiqat və Ali Təhsilin Monitorinqi və Təhlili Mərkəzinin şöbə müdiri Gintautas Yakstas daxildir.
Missiyanın məqsədi magistratura səviyyəsində ixtisaslar üzrə təsnifatın işlənib hazırlanması sahəsində Avropa təcrübəsinə əsaslanan metodologiyanın təklif edilməsidir.
Missiya çərçivəsində seminarlar təşkil olunub. Seminarlar zamanı ali təhsilin bakalavriat və magistratura səviyyələrinin ixtisasları üzrə təsnifatın işlənib hazırlanması sahəsində Litva və Avropa təcrübəsi Təhsil Nazirliyinin müvafiq əməkdaşlarının diqqətinə çatdırılıb.
Eyni zamanda, magistratura səviyyəsinin ixtisasları üzrə təsnifatın işlənib hazırlanması ilə bağlı təlimatların yaradılması üzərində iş aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər