“Hazırcavablar” intellektual oyunun növbəti qalibi 304 nömrəli məktəb-liseyin komandası olub

“Hazırcavablar” intellektual oyunun növbəti qalibi 304 nömrəli məktəb-liseyin komandası olub Paytaxt məktəblilərindən ibarət komandalar arasında növbəti intellektual oyun təşkil edilib. Bu qurumun tabeliyindəki 65 nömrəli tam orta məktəbin, 83, 264 və 304 nömrəli məktəb-liseylərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Dil və ədəbiyyat”, “Biologiya”, “Hansı?”, “Coğrafiya” və “Təsviri incəsənət” bölmələri üzrə sualları cavablandırıblar.
İntellektual oyunun nəticələrinə əsasən, 304 nömrəli məktəb-liseyin komandası qalib gəlib.
Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə AzTV-də yayımlanır.
“Hazırcavablar” intellektual teleoyununda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını artırmaq, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmalarını təmin etmək də layihənin əsas hədəflərindəndir.

Tehsil-press.az

Oxşar xəbərlər