Əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini gücləndirmək, layiqli həyat səviyyəsini təmin etmək dövlətimizin bu günümüzə və gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan bu gün öz vətəndaşlarının yüksək rifahının təminatçısıdır. Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq bu istiqamətdə olduqca səmərəli və insanların sosial rifahının daim yüksəldilməsinə xidmət edən proqramlar həyata keçirməkdədir. 2019-cu ildə qısa müddətdə sosial sahədə belə mühüm qərarların qəbul edilməsini müşahidə etdik. Dövlətimizin başçısı özü də bəyan edib ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.
Bunu Tehsil-press.az-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru İsrafil Məmmədov söyləyib.
O bildirib ki, görülən genişmiqyaslı işlər bu fikirlərin real təsdiqidir. Vətəndaşların əməkhaqlarının, habelə pensiyaların, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda, sağlamlıq imkanları məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin məbləğinin artırılması, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir.
İsrafil Məmmədov deyib: “Təhsil işçisi olaraq ölkə rəhbərinin bu sahənin inkişafı ilə bağlı imzaladığı sosialyönümlü sərəncamları xüsusi vurğulamaq istəyirəm. Cari ilin fevralında dövlətimizin başçısı təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncam imzaladı. Sosial humanizmin ən mühüm istiqamətlərindən biri kimi dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, göstəriciləri yaxşı olan bütün tələbələrin təqaüdləri artırıldı”.
Prezident İlham Əliyevin “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” mayın 3-də imzaladığı Sərəncam növbəti addımlardan biridir. Bu Sərəncamda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Belə bir güzəşt o kateqoriyadan olan insanlar üçün böyük dəstəkdir, diqqətdir, humanizm nümunəsidir. Sağlamlıqları ilə əlaqədar tibbi xərclərini qarşılamaqla yanaşı, dövlətin təhsil məsələsində də vətəndaşına dəstək verməsi, arxa durması alqışlanmalıdır. Oxumaq istəyən, lakin maddi problemlərə görə ödənişli əsaslarla oxuya bilməyən nə qədər gəncimiz var. AzMİU-da da ödənişli əsaslarla təhsil alan, lakin təhsil haqqını ödəməkdə çətinlik çəkən əlil tələbələrimiz var. Təbii ki, onların təhsil haqqını ödəməyə, hər hansı problemini həll etməyə universitetin də elə maddi imkanı yoxdur. Bu baxımdan yeni Sərəncamın həyata keçirilməsi həmin insanlara, onların ailə üzvlərinə çox böyük kömək olacaq. Bundan başqa, oxumaq istəyən, lakin maddi imkansızlıq ucbatından təhsildən kənar qalan fiziki sağlamlığını itirmiş gənclərimizin təhsil arzusunu gerçəkləşdirəcək.
AzMİU-nun Mətbuat Xidməti