Səhiyyə Nazirliyi gəmidə yanğın nəticəsində xəsarət almış şəxslərin son vəziyyəti barədə: 3 nəfərin vəziyyəti kritikdir

Səhiyyə Nazirliyi gəmidə yanğın nəticəsində xəsarət almış şəxslərin son vəziyyəti barədə: 3 nəfərin vəziyyəti kritikdir Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən yaralılardan 3 nəfərin vəziyyəti kritikdir.
Bu barədə Tehsil-press.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin 3 nəfərin bədəninin 40 faizdən artığı yanıb: "Digər xəstələr 1-ci və 2-dərəcəli yanıq xəsarətləri alıblar. Xəsarət alanların bəzilərinin vəziyyəti qənaətbəxşdir".
Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər