Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda “Qanlı yanvar” adlı tədbir keçirilib. Əvvəlcə tədbirin aparıcısı Ramilə Sadıqova faciə haqqında məlumat verib. Sonra klubun dərnək üzvləri Həcər Səfərlinin ifasında “Vətən desin”, Ayan Abdullayevanın ifasında “Azərbaycan bayrağı”, Ramal Dadaşlının ifasında “Şəhidlər” şeirlərini dinləyib. Sonda tədbir iştirakçıları klubun rəsm kursunun şagirdlərinin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm işləri ilə tanış olublar.
Q.Qarayev adına uşaq musiqi məktəbində Mərkəzi Uşaq Kitabxanası ilə birgə anım günü keçirilib. Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söylənilib, instrumental musiqilər səslənib, şagirdlərin ifasında vətənpərvər mahnılar dinlənilib. Sonda faciəni əks etdirən videoçarx izlənilib, Mərkəzi Uşaq Kitabxanasının təşkil etdiyi kitab və dövrü mətbuat materiallarından ibarət sərgi haqqında məlumat verilib.
Bülbül adına Uşaq İncəsənət məktəbində “Qanlı yanvar”a həsr edilmiş sərgisi keçirilib. Sərgidə məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət rəsmləri nümayiş etdirilib. Nümayiş olunan rəsmlər arasında III sinif şagirdi Sevil Mirzəyeva, IV sinif şagirdləri Həqiqət Ağayeva və Bəhlul Hüseynovun rəsmləri ziyarətçilər tərəfindən xüsusilə bəyənilib.
S.Rüstəmov adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə şəhidlərin xatirəsi yad edilib, məktəbin müəlliməsi Elnarə Xankişiyevanın 20 Yanvar faciəsi haqqında məruzəsi dinlənilib. Daha sonra 20 Yanvar faciəsini əks etdirən sərgi haqqında məlumat verilib. Sərgidə məktəbin rəsm şöbəsinin I sinif şagirdlərinin əl işlərindən ibarət kompozisiya və rəsmləri nümayiş olunub.
Xızı rayon Uşaq Musiqi məktəbində “Tarixin qan yaddaşı” mövzusunda kompozisiya keçirilib. Sonra məktəbin Balaban ixtisası üzrə müəllimləri Urfan Nuriyev və Həsrət Dadaşovun müşayəti ilə şagirdlərin ifasında şeirləri dinlənilib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin Zəngilan rayon nümayəndəliyinin təşkilatçılığı ilə Zəngilan rayon kənd klubunda keçirilən tədbirdə “Xalq ulduzu” müsabiqəsinin qalibi Tural Salmanov, Zəngilan Şəhər Uşaq musiqi məktəbinin tələbələri, 4 sayılı orta məktəbin şagirdləri 20 yanvar faciəsinə həsr olunmuş kompazisiya ilə çıxış ediblər. Sonda 20 yanvar faciəsini əks etdirən “Qanlı Yanvar” filmi nümayiş olunub.
Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı Rayon Nümayəndəliyində keçirilən tədbirdə MKS-in direktoru Müşkünaz Muradova, rayon Mədəniyyət evinin bədii-rəhbəri Fatma Hüseynova və digərləri “20 Yanvar faciəsi və onu doğuran səbəbər” mövzusunda məruzə ediblər. Sonra faciəni əks etdirən video-çarx nümayiş olunub. Sonda tədbir iştirakçıları mədəniyyət evinin foyesində təşkil olunan və 20 Yanvar faciəsini əks etdirən kitab və dövrü mətbuat materiallarından ibarət sərgi ilə tanış olublar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti