Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Laya hidrodinamik təsir zamanı kapilyar dayanıqsızlığının tənzimlənməsi” mövzusunda seminar keçirilib.
Seminarda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov aparılan elmi-tədqiqatlarla bağlı fikirlərini bölüşüb.
Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov məruzəsində lay sistemində kapilyar dayanıqsızlıq proseslərinin tənzimlənməsinin Maranqoni effekti və artan hidrodinamik təsiretmə üsulları ilə mümkünlüyündən danışıb. Alim bu üsulların flüidlərin və doymuş kollektorların fiziki-kimyəvi xüsusiyyətlərini və sıxışdırma şərtlərini nəzərə almaqla aparılmasının vacibliyini əsaslandırıb.
Sonra suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər