Qloballaşma və sənayeləşmənin sürətlə getdiyi dövrdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi dövlət siyasətində qarşıda duran əsas istiqamətlərdən biridir. Belə ki, güclü iqtisadi proseslər nəticəsində yeni ixtisas və bacarıqlara malik mütəxəssislərə tələbat getdikcə artmaqdadır. Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması məhz bu sahənin ölkə iqtisadiyyatının inkişafı üçün önəmindən xəbər verir.
Bu sahədə dövlət strategiyalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 2018-ci ildə dünyanın qabaqcıl peşə təhsili proqramlarına uyğunlaşdırılmış yeni peşə təhsili müəssisəsi - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz yaradılarkən iqtisadiyyatın prioritet istiqamətləri, işəgötürənlərin tələbləri, beynəlxalq təhsil standartları araşdırılıb və dünyada ən müasir təhsil standartları hesab olunan Koreya təhsil modeli əsas götürülüb.
Mərkəz istedadları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub. Müvafiq məqsədlərə nail olmaq üçün mərkəz sənaye qurumları ilə məqsədyönlü əməkdaşlıq etməkdədir.
Hazırkı mərhələdə koreyalı ekspertlərin iştirakı ilə hazırlanmış və 60-70 faizi təcrübədən ibarət olan 8 ixtisas üzrə təhsil proqramlarına aidiyyəti şirkətlər tərəfindən rəylər verilir. Mərkəzdə tədris olunacaq təhsil proqramlarının işəgötürənlərin rəyləri əsasında daim yenilənməsi və əmək bazarını uyğun kadrlarla təmin etməsi nəzərdə tutulur.
Ən müasir maddi-texniki baza ilə təchiz olunmuş mərkəzdə 8 ixtisas - İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrotexnika, avtomatika və tikinti üzrə tədris aparılacaq. Tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunacaq. Qeyd olunan ixtisaslar üzrə təhsilini başa vuran tələbələr üçün davamlı təhsil və geniş iş imkanları yaradılacaq. Onlar öz ixtisaslarını praktik şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər.
Əmək bazarında yüksək tələbatın olduğu sahələrdən biri inşaat-tikintidir. Belə ki, dünya standartlarına uyğun aparılan keyfiyyətli təmir, tikinti, yenidənqurma işləri üzrə müasir yanaşmalardan istifadə etməyi bacaran mütəxəssislərə hazırda hər yerdə ehtiyac var. Bunu nəzərə alaraq, tikinti ixtisası üzrə tərtib edilmiş tədris proqramında təhsil alacaq tələbələr inşaat işlərinin texnologiyası, binaların əsas konstruktiv elementləri, tikinti materialları və onlardan istifadə imkanları, çertyoj əsasında konkret formanın qurulması, dizayn prinsipləri və elementləri nəzərə alınmaqla memarlıq konstruksiya dizaynı, CAD proqramı ilə memarlıq çertyojunun çəkilməsi və tikinti işlərinin təşkili üzrə digər zəruri bacarıqlara yiyələnəcəklər.
Sənayenin inkişaf səviyyəsi istənilən ölkənin stabil iqtisadi inkişafının təmin edilməsinin mühüm amillərindən biridir. Çünki sənaye iqtisadiyyatın mürəkkəb sahəsi kimi, cəmiyyətin müxtəlif tərəflərinin inkişafını tələb edir və bu inkişaf səviyyəsindən asılı olaraq onun rəqabət qabiliyyəti formalaşır. Bu baxımdan sənaye- quraşdırma işləri ixtisasında təhsil alacaq tələbələrə qaynaq işləri, qaynaq işləri üçün təhlükəsizlik və sağlamlıq tələblərinə riayət edilməsi, boru materiallarının hazırlanması, yoxlanılması, təmiri və texniki xidmətinin təmin edilməsi, CAD proqramı ilə quraşdırma (montaj) çertyojunun çəkilməsi və digər dəqiq bilik və bacarıqlar öyrədiləcək.
Hazırda texnologiya əsrində yaşadığımız üçün mexanika ən vacib ixtisaslardan biri hesab edilir. Ətrafımıza baxdığımız zaman gördüyümüz bütün əşyalar mexanika mühəndisliyinin ayrılmaz hissəsidir. Mexaniklər sənayenin hər bir sahəsində mühüm rol oynayırlar. Tələbələrin kreativ və analitik düşüncə bacarıqlarının inkişafına yönəlmiş və innovativ yanaşmalara əsaslanan mexanika ixtisasında ümumi mexanika, CNC-tornaçı və frezləmə dəzgahlarının işi, 3D CAD/CAM ilə bağlı praktik bacarıqların öyrədilməsi nəzərdə tutulur.
Avtomobil ixtisası üzrə təhsil alacaq tələbələr avtomobilin ümumi ekspertizası, diaqnostikası, nasazlıqların təyin edilməsi və təmiri, sınaqdan keçirmə və texniki xidmətin göstərilməsi üzrə nəzəri bilik və praktik bacarıqlara yiyələnəcəklər. Təcrübə göstərir ki, avtomobilin təmiri üzrə təcrübəli şəxslər gələcəkdə öz işini genişləndirir, fərdi sahibkarlıq fəaliyyətinə başlayır və ya sığorta şirkətləri üçün avtomobillərə dəymiş zərərin qiymətləndiricisi qismində çalışıb inkişaf edirlər.
Avtomatika avtomatik fəaliyyət göstərən qurğu və sistemləri öyrənən önəmli sahələrdən biridir. Bu sahə əmək məhsuldarlığının yüksəldilməsi, tənzimlənmənin keyfiyyət və dəqiqliyi, nisbətən çətin və yaxud insan səhhəti üçün təhlükəli şəraitlərdə istifadə üçün tətbiq olunur. Bu ixtisas üzrə təhsil alacaq tələbələr istehsal proseslərinin avtomatlaşdırılması, hidravlika, pnevmatika, məntiqi idarəetmə sistemlərinə nəzarət üzrə bilik və bacarıqlar qazanacaqlar.
Müasir dünyamızda sürətlə inkişaf edən informasiya texnologiyaları və sistemləri ev, iş, əyləncə və istirahət məkanlarına sürətlə nüfuz edərək həyatımızın ayrılmaz hissəsinə çevrilib. Müəssisələrə yeni işçilər götürülərkən onların elmi, texniki, praktik və digər bacarıqları qiymətləndirilir. Mərkəzdə İKT ixtisası üzrə təhsil alacaq tələbələrin müasir dövrün tələblərinə uyğun olaraq kompüter texnologiyalarına yiyələnmələri, veb-dizayn, şəbəkənin quraşdırılması və təmiri, proqramlaşdırma kimi sahələri öyrənmələrinə diqqət yetirilir. Bu ixtisas tələbələrə dünyanın istənilən yerində müxtəlif informasiya texnologiyaları sahələrində peşəkar mütəxəssis olaraq işləmək üçün gərəkli bilik və bacarıqlar qazandıracaq.
Elektronika gənc elm sahəsi olmasına baxmayaraq, gündəlik həyata daha çox adaptasiya olunub. İnformasiya texnologiyasının daimi inkişafı və getdikcə genişlənməkdə olan avtomatlaşdırma elektronikanın əhəmiyyətini daha da artırmaqdadır. Belə ki, hazırda elektron cihazların olmadığı bir mühit düşünmək qeyri-mümkündür. Bu baxımdan elektronika dünyada ən çox tələbat olan ixtisaslardan biridir. Peşə Mərkəzində bu ixtisas üzrə müxtəlif elektron və rəqəmsal sxemlərin yaradılması, sənaye elektron cihazlarının quraşdırılması və təmiri, C dilindən (1970-ci illərin əvvəllərində Denis Ritçi və Ken Tompson tərəfindən UNIX əməliyyat sistemi üçün yaradılmış proqramlaşdırma dili) istifadə olunaraq idarəetmə proqramının işlənib hazırlanması və digər vacib sahələr tədris ediləcək.
Elektrik enerjisi sənayenin bütün sahələrində, nəqliyyatda, kənd təsərrüfatında və məişətdə geniş tətbiq olunur. Elektrotexnika elektromaqnit hadisələrinin hərtərəfli tətbiqini özündə birləşdirən geniş sahələrə deyilir. Buraya elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və sərfi sahələri daxildir. Elektrotexnika ixtisası üzrə təhsilini başa vuran tələbələr elektrik panelinin quraşdırılması, elektrik dövrələrinin qoşulması, təmir edilməsi, gərginliyin - cərəyanın ölçülməsi, elektrik maşınlarının təmiri və bu kimi digər praktik bacarıqlara malik olacaqlar.
Yuxarıda sadalanan 8 texniki ixtisas ilə yanaşı, mərkəzdə qısamüddətli ixtisasartırma kursları da təşkil olunacaq. Həmçinin tələbələr beynəlxalq sertifikatlı kurslarda iştirak edə biləcəklər. Tələbələrə peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədilə sahələri üzrə tanınmış qurumlarda təcrübə proqramlarında iştirak etmək imkanları yaradılacaq. Mərkəzdə nəzəri və praktik bacarıqların formalaşdırılması üçün müasir avadanlıqlarla təmin olunmuş emalatxanalar, zəngin kitabxana və laboratoriyalar tələbələrin istifadəsinə veriləcək.
Göründüyü kimi, müasir texnikanın avtomatlaşdırılması, mexanikləşdirilməsi və kompüterləşdirilməsi, texniki və texnoloji bazanın yeniləşdirilməsi ixtisaslı kadrlar hazırlanmasını tələb edir. Bu baxımdan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qurulan təhsil mühiti tələbələrin hərtərəfli inkişafına, innovasiyalara açıq olmasına, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşa bilən peşəkar kadrlar hazırlanmasına şərait yaradacaq.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Beynəlxalq təhsil standartlarına əsaslanan mərkəzin əsas məqsədi qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrlar hazırlamaqdır.
Tehsil-press.az