Respublika elmi konfransı: Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi

Respublika elmi konfransı:  Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi Azərbaycan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. Konfransın məqsədi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin formalaşmasında mühüm rol oynamış cümhuriyyətin kontekstində filoloji fikrin keçdiyi yolu və uğurlarını üzə çıxarıb dəyərləndirmək, bu məsələlərin həllinə gənc tədqiqatçıları cəlb etmək, onların potensialını mövcud problemlərin həllinə yönəltməkdir.
11 aprel 2018-ci il tarixində keçiirləcək konfransın işi aşağıdakı istiqamətlər üzrə aparılacaqdır:
· Dil. Azərbaycan ədəbi dilinin müasir durumu və nəzəri problemləri
· Azərbaycan dilinin tarixi-müqayisəli aspektdə araşdırılması prinsipləri
· Müasir Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində
· Ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri
Məqalələrin son göndərilmə tarixi 11 mart 2018, məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 1 aprel 2018-ci ildir.
Konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamı əsasında təşkil olunur.
Təşkilati və digər məsələlərlə bağlı daha ətraflı məlumat üçün: (+99412) 431 41 12/13/16/17 (daxili 153)
Konfransın səhifəsinə keçid: http://au.edu.az/cikfe

İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər