Cəlilabad, Masallı və Yardımlı rayonlarının təhsil işçiləri ilə görüş

Cəlilabad, Masallı və Yardımlı rayonlarının təhsil işçiləri ilə görüş Masallı rayonundakı Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair zona müşavirəsi keçirilib.
Əvvəlcə Masallı rayonunda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Tədbirdə nazir müavini Məhəbbət Vəliyeva ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində mühüm islahatlar aparıldığını qeyd edib.
Respublikamızın inkişafına təkan verən əsas amillərdən birinin təhsil olduğunu diqqətə çatdıran Məhəbbət Vəliyeva təhsil işçilərinin çətin, eyni zamanda, məsuliyyətli və şərəfli iş yerinə yetirdiklərini bildirib. Ümumi təhsil pilləsinin əhəmiyyətindən bəhs edən nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşmasının məhz bu pillədən başlandığını deyib.
Sonra Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələri müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.
Nazir müavini Məhəbbət Vəliyeva təqdim edilmiş hesabata əsasən zəif qiymətləndirilən məktəblərin, eyni zamanda, müəllimlərin fəaliyyətlərinin izlənilməsini, nəticələrin geniş şəkildə təhlil olunmasını tövsiyə edib.
Sonra müzakirələr aparılıb, təkliflər dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər