Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 23 ay ərzində maarifçilik, səhiyyə, mədəniyyət, incəsənət, kənd təsərrüfatının inkişafı kimi strateji sahələrdə qəbul edilmiş qərarlardan danışıb.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolu və əhəmiyyətinə diqqət çəkən rektor, eyni zamanda, cümhuriyyətin ən böyük uğurlarından biri kimi Bakı Dövlət Universitetinin yaradılmasını diqqətə çatdırıb. Tariximizin önəmli mərhələsinin yenidən bərpasına ümummilli lider Heydər Əliyev tərəfindən xüsusi qiymət verildiyini qeyd edən akademik Abel Məhərrəmov ulu öndərin müstəqilliyimizin qorunması və əbədiliyinin təmin edilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıb.
Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, BDU-nun kafedra müdiri, professor Ziyafət Əsgərov məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan, ölkəmizin son illər artan beynəlxalq nüfuzundan danışıb.
Çıxış edən Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tələbələr tərəfindən səhnələşdirilmiş “Vaqif” pyesi haqqında məlumat verib, Azərbaycan xalqının milli-azadlıq mübarizəsini əks etdirən bu pyesi təqdim etmək üçün tələbələrin uzun müddətdir ki, xalq artisti, professor Ağakişi Kazımovun rəhbərliyi altında böyük ruh yüksəkliyi ilə məşq etdiklərini söyləyib. “Vaqif” pyesinin təqdimatı böyük coşqu ilə qarşılanıb. Sonra çıxış edən rektor Abel Məhərrəmov bütün yaradıcı heyətə, rejissor Ağakişi Kazımova, Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədova, Azərbaycan Şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucovaya təşəkkürünü bildirib.
Xalq artisti Ağakişi Kazımov isə tələbələrin istedadını xüsusilə qeyd edərək, onlarla işləməkdən zövq aldığını bildirib.

BDU-nun Mətbuat Xidməti