İran ABŞ ilə müharibəyə hazırdır. Lakin bu ölkə ilə danışıqlarda da maraqlıdır.
Bunu İranın xarici işlər nazirinin müavini Abbas İraqçı Qətərdə jurnalistlərə açıqlamasında deyib.
A.İraqçının sözlərinə görə, İran hər iki ssenariyə və hər bir prosesə tam şəkildə hazırdır:
“Danışıqlara başlamağa ümid edirik. Bilirik ki, Birləşmiş Ştatları İranla müharibəyə təhrik edən şəxslər var”.
İraqçı bildirib ki, Tehran Vaşinqtonun region üçün ən böyük tarixi yanlışlığa yol verməyəcəyinə ümid edir.
Tehsil-press.az