“Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır” - Çeferin Bakıda danışdı

“Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır” - Çeferin Bakıda danışdı Bakıda UEFA İcraiyyə Komitəsinin iclası baş tutub.
İclasdan sonra qitə futbol qurumunun rəhbəri Aleksandr Çeferin jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün baş tutacaq finala Bakı tamamilə hazırdırmı?
- Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib.
- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb.
- Mən ancaq konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.
- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsüz ki, bu azarkeşlər üçün problemdir?
- Məsafə ilə götürsən Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır.
- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycanın üzərinə diplomatik hücum elədi. Estafeti erməni deputatlarına ötürüb. Siz bu barədə dəqiq nə deyə bilərsiz?
- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.

Tehsil-press.az

Oxşar xəbərlər