Qazax rayonundakı Gənclər Mərkəzində Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Əvvəlcə Qazax rayonunda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Tədbirdə çıxış edən Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində həyata keçirilən mühüm layihələrdən danışıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən əhəmiyyətli işlərdən bəhs edən nazir müavini qarşıda duran hədəfləri də diqqətə çatdırıb.
Qeyd olunub ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra edilən layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir. Təhsil alanların səriştəyə yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən təlimlər, eləcə də yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Məhəbbət Vəliyeva məktəb idarəetməsində ümumi təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətli olduğunu diqqətə çatdırıb və təhsil işçilərinə bu əlaqələrin daha da genişləndirilməsini tövsiyə edib.
Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələri müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.
Sonra fikir mübadiləsi aparılıb, təhsil işçilərinin sualları cavablandırılıb.
Tehsil-press.az