Dahi liderə həsr olunan festival: “Təbiətimizi gözəlləşdirək”

Dahi liderə həsr olunan festival: “Təbiətimizi gözəlləşdirək” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 62 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Təbiətimizi gözəlləşdirək” mövzusunda festival keçirilib.
Əvvəlcə iştirakçılar şagirdlərin tullantılardan hazırladıqları incəsənət nümunələrindən ibarət parkla tanış olublar. Festivalın əsas məqsədi ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.
Festivalın açılışında BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva dünya şöhrətli siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımızın tarixindəki misilsiz xidmətlərindən danışıb.
M.Vəliyeva dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində elm və təhsil sahələrində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından danışıb, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Festival şagirdlərin hazırladıqları, Ümummilli Liderin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiyalarla davam edib.

BŞTİ-nin Mətbuat Xidməti


Dahi liderə həsr olunan festival: “Təbiətimizi gözəlləşdirək”Dahi liderə həsr olunan festival: “Təbiətimizi gözəlləşdirək”Dahi liderə həsr olunan festival: “Təbiətimizi gözəlləşdirək”

Oxşar xəbərlər