Faiq Məmmədzadə: “Qazandığım qızıl medalın sevincini hələ də yaşayıram”
Həmsöhbətim qeyri-adi istedadı ilə yaşıdlarından fərqlənən gənc robotexnika ixtiraçısı Faiq Məmmədzadədir. Ölkə mətbuatında onun haqqında bir neçə dəfə maraqlı yazılar oxumuşdum. Olduqca bacarıqlı şagird olmaqla yanaşı dərs əlaçısı, musiqiyə, idmana hədsiz marağı olduğunu da artıq bilirdim.Və elə bu maraq da onunla görüşüb qəzetimizin oxucularına təqdim etmək fikrimi konkretləşdirdi və bu şagirdlə görüşmək üçün təhsil aldığı məktəbə yollandım. Biz dərsdən sonra onunla məktəbin yaxınlığındakı Fizuli meydanında görüşüb həmsöhbət olduq. Təsəvvür etdiyimdən də maraqlı bir gənc idi. Söhbətimiz də çox şirin keçdi. O, danışdıqca haqqında oxuduqlarımın həqiqət olduğunu ürəyimdə təsdiqləyirdim. Uca qamətli, nizam-intizamlı, yüksək intellekt sahibi olan 11-ci sinif şagirdinin öz uğurları barədə ürəkdolusu danışdıqlarını dinləmək necə də xoş idi.
İdman mənim xobbimdir
2002-ci ildə İmişli rayonunda anadan olmuşam. İbtidai təhsilimi Ağsuda almışam. Bütün fənləri yaxşı oxumuşam. Amma riyaziyyat fənninə xüsusi marağım olub. Riyaziyyat olimpiadalarına qatılmışam. Yaddaşım və fantaziyam çox güclüdür. Hazırda isə Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin XI sinfində təhsil alıram. İdmanın bütün növlərini xoşlayıram. “Cüdo - klub-2012”-nin idman zalında məşqə gedirəm. Yay tətili dövründə asudə vaxtım bol olduğuna görə idmana daha çox vaxt ayıra bilirəm. Dəfələrlə respublika üzrə keçirilən cüdo yarışlarında iştirak edərək diplom və fəxri fərmanlar qazanmışam. Ümumiyyətlə, idman mənim xobbimdir. Həm də belə bir deyim də var ki, sağlam bədəndə sağlam ruh olar.
Tar sevdiyim musiqi alətidir
Boş vaxtlarımda musiqi ilə də məşğul oluram. Tar ən çox sevdiyim musiqi alətidir. Əsasən muğam və xalq mahnılarını ifa etməyi xoşlayıram. Mənə görə bu musiqi aləti insan qəlbinə daha tez yol tapır və hissiyatına rahatlıq bəxş edir. Şəxsən mən tarda ifa edərkən həm də dincəlirəm, ruhum göylərə pərvazlanır. Vaxtımı elə bölmüşəm ki, “Hədəf” kurslarına da vaxtlı-vaxtında gedə bilirəm. Bu kurslar, yəni əlavə məşğələlər yaddaşı möhkəmləndirir və bilik bazasını zənginləşdirir.
Robot hazırlamaq arzusuna düşdüm
Robotexnika ilə ilk olaraq yarışlarda iştirak etmək arzusu ilə məşğul olmağa başladım. Texnikaya olan həvəsimsə mənə başqa fənləri də yaxşı oxumağa zərrə qədər mane olmadı, əksinə sanki yaddaşım daha da möhkəmlənir, bütün dərslərdə fəallığımı artırırdı. Direktorumuz Rəna Süleymanova valideynlərimə tövsiyə etdi ki, hazırlaşıb “Sabahın alimləri” Respublika müsabiqəsinə qatılım, həm respublika, həm də beynəlxalq olimpiadalarda medal qazanım.
İlk günlər çox çətin idi
Ötən ilin oktyabrında informatika-robotexnika müəllimimiz Zaur Baladadaşovun yanında oldum, mənə robotlar haqqında ətraflı məlumat verdi. Müəllimim robot hazırlamağın sirlərini səbrlə və təmkinlə mənə mənimsətdikcə bu işə həvəsim, məhəbbətim birə-beş artdı. Həmin gündən həm robotexnika, həm də robotu hərəkət etdirmək üçün proqramlaşdırma ilə məşğul olmağa başladıq. İlk günlər təbii olaraq çox çətin idi, hətta bacarmayacağımı da düşünürdüm. Sonralar isə marağım artdıqca bu işə daha da bağlandım. Altı ay ərzində mən bu texnikanı hazırlamağın sirlərinə yiyələnə bildim. Əvvəlcə dərslərimi hazırlayırdım, sonra isə bu işlə məşğul olurdum.
Qalib gəlməsəm də ruhdan düşmədim
Nəhayət, hazırladığım robotlarımla “Sabahın alimləri” Respublika müsabiqəsinə qatıldım. Bu müsabiqədə həm robotexnika barədə qazandığım nailiyyətləri, həm də robotu hərəkət etdirmək üçün proqramlaşdırma bacarığımı nümayiş etdirməli idim. Ancaq ümidlərim doğrulmadı və ilk sınaq imtahanını xatırladan yarışmada qalib adını qazana bilmədim. İlk anlar məyus olsam da ruhdan düşməyəcəyimə söz verdim və daha əzmlə bu işə başladım. Yarışdan azca ötmüş Təhsil Nazirliyinə dəvət olundum və mənə Amerikanın “Intel” şirkətinin sertifikatını təqdim etdilər. Layihələrə baxmağa xarici münsiflər də dəvət olunmuşdu.
Özümə inamım daha da artdı
Artıq bu işə elə bağlanmışdım ki, həftədə üç gün məşğul olurdum. Bəzən səhərə kimi işləyirdim. Robotexnika ilə məşğul olmaq mənə çox şeylər öyrətdi. “Robotexnikaya ilk olaraq robot materiallarının ən sadəsi olan “Lego” ilə başladım. Sonra tədricən “Ardinio”ya keçdim, öz istedadımı aşkara çıxartdım. Özümə inamım daha da artdı. Robotexnika ilə məşğul olanda paralel olaraq proqramlaşdırmanı da öyrənmək vacibdir. Robot hazırlayanda proqramı yazmaq mütləqdir.
Qalib olacağıma əmin idim
Günlərin bir günü şad xəbər eşitdim. Zaur müəllim deyəndə ki, Rumıniyada beynəlxalq yarışa qatılacaqsan, çox sevindim. Sevinclə həyəcanın arasında qalmışdım. Təqdim edəcəyim robot texnikasının belə mötəbər bir yarışmada necə qarşılanacağı ilə bağlı suallar, inanın ki, məni yorurdu. Amma eyni zamanda özümə güvəncliyim də var idi. Qalib olacağıma əmin idim. Sanki qeybdən bir səs mənə, - vətənə əliboş qayıtmayacaqsan, - deyirdi...
Robotum başqa robotla toqquşdu
Yarış günü həyəcanımı heç cür gizlədə bilmirdim. Özümə, öz ixtirama nə qədər güvənsəm də beynəlxalq müsabiqə xofunun təsirindən çıxa bilmirdim. Uduzacağım halda evə, məktəbə, dostlarımın yanına necə qayıdacağımı düşünürdüm. Bütün arzularım alt-üst olacaqdı. Bu qara fikirlər məni əldən salmışdı. Nəhayət, özümü topladım və hökmən qalib gələcəyimi qət etdim. Tədbir Buxarestin beynəlxalq məktəbində baş tutdu. Robortun yoxlanılmasına başlanıldı. Qayda pozuntusu olmamalıydı. Birdən oyun vaxtı robotum başqa robortla toqquşdu, ön hissəsi boşaldı, çox məyus oldum, səhvimi tez düzəltdim, ehtiyat hissəsini tez tapıb təmir etdim, çətinlikdən çıxsam da lap ümidsizləşmişdim.
Uğur qazanacağıma hamı sevinirdi
Axır ki, nigarançılığa son qoyuldu və qalib adını qazanaraq qızıl medalın sahibi oldum. İlk öncə valideynlərimə və müəllimlərimə zəng etdim. Müəllimlərim məni hava limanında qarşıladılar. Uğur qazanmağıma hamı sevinirdi. Xüsusilə məktəbimizin direktoru Rəna Süleymanovanın sevinci yerə-göyə sığmırdı. O mənimlə qürur duyur, deyir ki, məktəbimizin fəxrisən. Hava limanında direktorumuz mənimlə şəkil də çəkdirdi.- Məktəbimizin adını ucaltmışan, - dedi. - Üçrəngli bayrağımızı Rumıniyada sən dalğalandırmısan.
“Mini sumo” nominasiyası üzrə I yer
Qeyd edim ki, yarışda ümumilikdə 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparırdı. 40-a yaxın azərbaycanlı bu yarışmaya qatılmışdı. 9 nominasiya üzrə yarış keçirilirdi. Mən “Mini sumo” nominasiyası üzrə I yeri tutdum. Azərbaycandan bu nominasiya üzrə Subatay Rzayev də qalib oldu. Biz dost idik... Yarışda türklər daha çox idi. Bu beynəlxalq yarışda I yeri tutan iştirakçılar arasında digər azərbaycanlı məktəblilər də var idi. Biz azərbaycanlılar 3 qızıl və 1 gümüş medalla vətənə döndük. Çalışacağam ki, Meksika və Tailandda keçiriləcək olimpiadalarda da iştirak edim, vətənimə başucalığı gətirim, onun dəyərli oğlu, layiqli vətəndaşı olum. Bunun üçünsə də gecəmi-gündüzümə qatıb çalışmalıyam. Arzu o vaxt reallaşır ki, ona çatmaq üçün əziyyət çəkəsən, mən bu məsuliyyəti dərindən dərk edirəm.
Gənc robot ixtiraçısı olan Faiq Məmmədzadə təhsildə və robotexnika sahəsində qazandığı uğurlar barədə ürəkdolusu danışdıqdan sonra gələcəkdə hansı ixtisasa yiyələnəcəyini də söylədi və dedi ki, hüquq fakültəsinə qəbul olmaq arzusundadır. Hüquqşünaslıq peşəsi həm çətin və məsuliyyətli, həm də şərəflidir. Əgər bu peşəyə yiyələnsəm, ixtisasım üzrə çalışdığım sahələrdə həmişə ədalət prinsipini qoruyacaq, vətəndaşların hörmət və ehtiramını, sevgisini qazanacağam. Atam kimi mən də qanunun aliliyini qorumaq, asayişin keşiyində dayanmaq fikrindəyəm, - dedi.

Sifai SƏFƏROVA