Peşə təhsili müəssisələrində tələbələrin təcrübi bilikləri qiymətləndirilib

Peşə təhsili müəssisələrində tələbələrin təcrübi bilikləri qiymətləndirilib Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən pilot peşə təhsili müəssisələrində tələbələrin təlim və təcrübə zamanı əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılıb.
İmtahanda qiymətləndirmə Agentliyin rəhbər nümayəndəsi, “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinin əməkdaşları və əməkdaşlığa cəlb olunmuş müəssisələrin rəhbərləri tərəfindən aparılıb.
İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzüm və şərab ustası” ixtisasının tələbələri üçün “İsmayıllı Şərab-2” müəssisəsində mərkəz üçün ayrılmış iki hektar təcrübə sahəsində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Heyvandarlıq mütəxəssisi” ixtisasının tələbələri üçün “Gilan Dairy Farms” MMC südçülük kompleksində, “Şirniyyatçı” və “Ofisiant, barmen, bufetçi” ixtisasının tələbələri üçün isə “Qafqaz Tufandağ Hotel” və “Qafqaz Resort Hotel”də imtahan təşkil olunub.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşən “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etmək məqsədilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilir.

Tehsil-press.az

Oxşar xəbərlər