İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri üçün istehsalat təlimi təşkil edilib

İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri üçün istehsalat təlimi təşkil edilib İsmayıllı Peşə Tədris Mərkəzinin üzüm və şərab ustası ixtisası üzrə təhsil alan “İsmayıllı Şərab-2” ASC-nin üzüm sahəsində istehsalat təlimi təşkil edilib.
İstehsalat təlimi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.
Təlim zamanı tələbələr xarici ekspertin təlimatı və müşayiəti ilə yaşıl budama işi aparıblar. Bundan başqa, tələbələr müəssisədə şərabın filtrasiyası, laborator nümunələrin götürülməsi, qablaşdırılması prosesləri ilə tanış olublar.
Qeyd edək ki, İsmayıllı Peşə Tədris Mərkəzi və “İsmayıllı Şərab-2” ASC arasında imzalanmış memoranduma əsasən, tələbələrin istehsalat təlimi keçməsi məqsədilə müəssisə tərəfindən 2 hektar üzüm sahəsi tədris mərkəzinin istifadəsinə verilib.
Tələbələr üzüm sahəsində bütün işləri özləri yerinə yetirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər