30 yaşlı braziliyalı qadın hakim Fernanda Kolombo matç zamanı təkcə gözəlliyi və peşəkarlığını deyil, həm də yumor hissini nümayiş etdirib.
Hadisə Ekvador çempionatı çərçivəsində keçirilən matçların birində baş verib. Belə ki, oyunçulardan biri qaydanı pozduğu vaxt, qadın hakim özünü cibindən sarı kart çıxarırmış kimi göstərib, amma daha sonra gülümsəyərək cibindən yaylıq çıxarıb alnını silib.
Sözügedən görüntülər qısa vaxt ərzində minlərlə baxış sayı toplayıb. Fernandanın bu zarafatını sosial şəbəkə istifadəçiləri yüksək dəyərləndirib.
Tehsil-press.az